Sağlamlıq
Alimlər istiotun koronavirusa təsirini kəşf etdi
Qara istiotda koronavirusun fəaliyyətinə maneə törədən maddə var.
Publika.az xəbər verir ki, Hindistan Texnologiya İnstitutunun alimləri bu qənaətə gəlib. Tədqiqatın nəticəsi “Taylor & Francis Online” elmi saytında dərc edilib. Mütəxəssislər istiotun və insan orqanizminə nüfuz etməsindən məsul olan SARS CoV-2-nin iki hissəsinin qarşılıqlı təsirini modelləşdirib. Araşdırma nəticəsində infeksiyanın aktivliyinin yatırıldığı ortaya çıxıb.
Qara istiotda olan piperin ədviyyatın kəskinliyindən və ətrindən məsuldur. Onun miqdarı müxtəlif ədviyyat növlərində fərqlənir. Şri-Lankadan gələn istiotun tərkibində 15 % piperin var, Vyetnam, Hindistan və Malayziya istiotunda isə 2-7 faiz təşkil edir. Bundan əlavə, bu birləşmənin qeyri-sabit olduğu qeyd olunur, odur ki, üyüdülmüş istiotda kifayət qədər olmaya bilər.
Lobaçevski Universitetinin Biologiya və Biotibb İnstitutunun direktoru Mariya Vedunovanın sözlərinə görə, qara və qırmızı istiot antibakterial və immunostimulyasiya xüsusiyyətlərinə malik heterogen komponentlərin sayına görə rekordçulardan biridir. Ədviyyat iltihab reaksiyalarını “boğaraq” elementləri və vitaminləri daha yaxşı mənimsəməyə kömək edir.
“İstiotun xüsusiyyətləri bir çox cəhətdən tərkibindəki birləşmələrin viral hissəciklər və bakteriyalarla birbaşa qarşılıqlı əlaqəsi ilə deyil, bədənin qoruyucu xüsusiyyətlərinin stimullaşdırılması ilə əlaqələndirilir”, - mütəxəssis “İzvestiya”ya açıqlamasında bildirib.
Vedunova mədə-bağırsaq xəstəlikləri, hipertoniya və əlbəttə ki, allergiyası olanlara istiotla ehtiyatlı davranmağı tövsiyə edib. Həm də ədviyyat beş yaşdan kiçik uşaqlara məsləhət görülmür.
Aytən Məftun
-
Region02:19ABŞ dronlarla hücuma keçdi? - Qeşm adasında partlayış səsləri eşidildi
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması















.webp)
















.jpg)
.jpg)


