Sağlamlıq
Epidemioloq COVID-19 və qrip təhlükəsini müqayisə etdi
Rusiya Dövlət Dumasının deputatı, keçmiş baş sanitar həkim Gennadi Onişenko “Parlamentskaya Gazeta” ya verdiyi müsahibədə koronavirusla bağlı populyar mifləri dağıdıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Onişenkonun sözlərinə görə, maska koronovirusdan qorunmaqda mühüm rol oynayır və yoluxuculuğun qarşısını alır.
“Həqiqət budur ki, insan danışanda nəfəs alır, asqırır, öskürür, balaca tüpürcək damcıları havaya uçur. Üzündəki maska onları saxlayır və bununla da xəstə insanın ifraz etdiyi viral hissəciklərin ətrafa yayılmasının qarşısı alır. Odur ki, hər kəs maska taxmalıdır, bəziləri xəstələnməmək üçün, digərləri yoluxmamaq üçün
Maska əlbəttə ki, effektivdir, lakin 100 faizlik qoruyuculuğa malik deyil, ancaq əsas təhlükəsizlik standartlarına əməl olunarsa, infeksiyaların böyük əksəriyyətinin qarşısını almaq olar: əl yuma, səthləri dezinfeksiya etmək, sanitar məsafəni müşahidə etmək.
Virusa yoluxmuş insanda ona qarşı inkişaf edən immun sisteminin nə qədər davam edəcəyi hələ məlum deyil. Tamamilə sağalsa da, virusa ikinci dəfə yoluxanlar var. 2009-cu ildə meydana çıxan "donuz qripi"ni nəzərə almasaq, koronavirusun yoluxuculuğu qripdən daha yüksəkdir.”.
Bundan əlavə, əvvəllər həkim-epidemioloq işləyən millət vəkili insanların COVID-19-dan deyil, onunla yanaşı, xroniki xəstəlikləri olduğu üçün öldükləri fikrini təsdiqləyib. Koronavirus ağciyərlərə yerləşir və ağır sətəlcəm inkişaf edərsə, xəstə bir qayda olaraq ölür.
Sonda millət vəkili COVID-19-un gənclərə də yoluxduğunu bildirib. Onun sözlərinə görə, uşaqlarda infeksiya daha çox asimptomatik olur, lakin ailələrinə və müəllimlərini yoluxdura bilərlər.
Aytən Məftun
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu




























.jpg)







.jpg)


