Sağlamlıq
Həkimdən SƏRT COVID-19 XƏBƏRDARLIĞI - Bu dövrdə xəstə əsl zülm çəkir
Ağır COVID-19 xəstələri ilə iş təcrübəsi çox olan həkim kimi qeyd edim ki, koronavirus düşündüyünüz qədər adi xəstəlik deyil. Bəziləri düşünür ki, koronavirus infeksiyası qripdən biraz ağırdı, tənəffüs çatışmazlığı verir, lazım olsa süni tənəffüs aparatına qoşacağıq, iltihab çəkiləndə isə aparatdan ayıracağıq vəssalam. COVID-19 təkcə tənəffüs catışmazlığından öldürmür.
Publika.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
O, qeyd edib:
“Tənəffüs çatışmazlığı özu çox ağırdır, insan günlərlə üzünüstə uzanmağa və CPAP maska ilə yüksək konsentrasiyalı oksigen almağa məcbur olur. Bu dövrdə adi su içmək üçün maskanı ayıranda saturasiya birdən-birə elə aşağı düşür ki, xəstəyə su verməyə peşman olursan. Çünkü ağciyərdə rezerv qalıq həcm olmur.
Biz süni tənəffüs aparatına salmamaq üçün maksimum CPAP-da saxlamağa calışırdıq. Amma bu dövrdə xəstə əsl zülm çəkir. Kip bağlanan CPAP maskası burnun üstünü yara edir, oksigen ağız, udlaq nahiyəsinin selikli qişasını yandırır və ödemləşdirir. Uzun müddət CPAP-da qalmış xəstəni intubasiya da etmək çətin olur bu ödemə görə. Süni tənəffüsə salmağa məcbur olduqda isə əsas problemlər lap artır. Bu virus adi pnevmoniyalar kimi, təkcə tənəffüs çatışmazlığı vermirdi. Odur ki, ən yaxşısı siz yoluxmayın. Hazırda reanimatoloq həkimlərimiz orduya cəlb edilib. Mən də cəbhə bölgəsindəyəm. Yoluxma bu sürətdə davam etsə, həkim və dərman çatışmazlığı yarana bilər.
Dünən də rekord sayda COVİD-19-a yoluxma baş verib. 800-dən cox yoluxma və 6 ölü sayı məni narahat edir. COVİD-19-un necə təhlükəli virus olduğunu gözlərimlə gördüm, çünki 37 gün o geyimdə reanimasiyada gecə-gündüz vuruşdum. Amma insanlar boş buraxıb. Anlayıram ki, ölkə gündəmi başqadır, müharibə gedir, insanlar koronavirus infeksiyası hayında deyil. Amma hamıya təcili olaraq səslənirəm, üzü qışa gedirik, belə sürətlə yoluxma olarsa, virus tamamilə nəzarətdən çıxacaq. Virusa ciddi qəbul edin, maska taxın. Məsuliyyətsizliyimizlə ölkəmizi çətin vəziyyətə salmayın”.
Aytən Məftun
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp












.png)















.jpg)
.jpg)





