Sağlamlıq
Vaksinasiyanı istəməyənlər xalqın düşmənləridir! - Radioloq
"Bütün liftlərdə, apteklərdə, marketlərdə və digər qapalı məkanlarda, hətta COVID-19 xəstələri olan evlərdə, koronavirus xəstəxanalarında ultrabənövşəyi şüa saçan lampalar quraşdırılsa, yaxşı olar. Ultrabənövşəyi şüalar havada və səthlərdə olan koronavirusları və digər zərərli mikroorqanizmləri bir neçə saniyəyə məhv edir. Bu lampalar bu məkanlarda gün ərzində 3-4 dəfə, təqribən 5-10 dəqiqə ərzində, liftlərdə isə daimi istifadə edilsə, yaxşı olar".
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev deyib. Həkim bildirib ki, peyvənd tez gətirilsə, yaxşı olar, gələn kimi hamımız peyvəndlənsək, daha yaxşı olar, yalnız bu halda normal - əvvəlki həyatımıza dönə bilərik!
1. Qəti surətdə ağızdan ağıza, qonşuların, qohumların məsləhəti ilə müalicələr etməyin! Çox vacibdir! Son günlərdə özbaşına müalicə alıb ağırlaşan və hətta ölən xəstələr müşahidə edirik təəssüflər olsun ki!
2. Heç bir şikayəti olmayanlar - xəstəlik əlamətləri olmayanlar, profilaktika üçün heç bir dərman, sistem qəbul etməyin! Bunların xeyri yox, ziyanı olur!
3. Əgər sizdə COVID-19-un əlamətləri başlayıbsa, panik olub antibiotik, sistem, "Deksametazon" qəbul etməyin! İlk günlərdə bunların xeyri yox, ziyanı olur!
4. Əlamətlər başlayan ilk 5 gündə "Favipiravir" preparatı kömək edir.
5. İlk 1 həftədə şəkərli diabeti və digər damar xəstəlikləri olmayanlar, qızdırması 38-dən aşağı olanlar, mədə və onikibarmaq bağırsaq xorası olmayanlar gündə 1 dəfə 100 mq "Aspirin" yeməkdən sonra, vitamin C - gündəlik 1000 mq-a qədər, vitamin D - gündəlik 3500 tv, sink, selen, maqnezium qəbul etsin.
6. Bununla bərabər qızdırma 38-dən yuxarı qalxarsa, əlavə olaraq 500 mq "Parasetamol" və ya "Parasetamol" tərkibli "Qriphot", "Coldrex" və s. qəbul edə bilərsiniz.
7. Saturasiyası 90-dan aşağı düşərsə, təcili yardıma zəng edib stasionar müalicə tələb edin!
8. Xəstəlik əlamətləri olanlar qanın ümumi analizi, crp, koaquloqramma, d-dimer, ferritin analizləri versə, yaxşı olar.
9. Saturasiya 90-dan aşağı düşərsə, mütləq KT müayinəsi edin!
10. Professional, COVID-19 xəstəliyinin müalicəsi ilə məşğul olmayan həkimin məsləhəti olmadan antibiotik, "Deksametazon" qəbul etməyin!
11. 3 məşhur qaydaya - maska, məsafə və əl gigiyenasına ciddi riayət edin! Özünüzü qoruyun!
12. Rəsmi statistik məlumatlara görə yoluxma sayının azalması bizi aldatmamalıdır! Xəstə sayı əslində daha çoxdur! Testi pozitiv olub evdən çıxanlara cinayət işi açıldığına görə bir çox insanlar qorxusundan test analizi vermir!
13. Peyvənd (vaksin) barədə deyilən neqativ fikirlərə əhəmiyyət verməyin! Vaksinasiyanı istəməyənlər xalqın düşmənləridir!
Aytən Məftun
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO




































.jpg)


