Sağlamlıq
İnfeksion xəstəliklərdə birinci qoruyucu vasitə peyvənddir - Həkim
“Sinovac”ın effektivliyi Braziliyada rəsmi şəkildə təsdiq olunub. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, digər ölkələrdə bu vaksin 97 faiz effektiv təsirə malikdir.
Bu sözləri Publika.az-a açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nərimanlı deyib.
Həkim bildirib ki, vaksinin effektivliyi nəzarət müddətində qiymətləndirilir: “Odur ki, nə qədər təsirli olması barədə dəqiq fikir bildirmək hələ tezdir. Koronavirusa qarşı hazırlanmış hər hansı peyvəndin vurulmasından sonra effektivliyinin neçə ay davam etməsi, peyvənd olunmuş insanların virusa yoluxması və yoluxanda xəstəliyi necə keçirdiyi sual olaraq qalır. Lakin əldə olunan hazırkı məlumatlar göstərir ki, bu gün “Sinovac” ən effektiv peyvəndlərdən biridir.
Eyni zamanda bütün peyvəndlərin effektivliyindən asılı olmayaraq allergik reaksiyaları və digər əlavə təsirləri ola bilər. “Sinovac”ın ziyanlı tərəflərinin olması haqqında heç bir məlumat yoxdur. Lakin bu günə qədər koronavirus əleyhinə olan peyvəndlər içərisində ən bahalısıdır. Bildiyim qədər digər peyvəndlər 15, “Sinovac” isə 30 dollar civarındadır”.
Mütəxəssis qeyd edib ki, vaksinin nəticələri sürətlə əldə olunmayacaq: “Çünki peyvəndin hamıya eyni vaxtda vurulması mümkün deyil. Peyvənd nə qədər çox vurularsa, təbii ki, qorunma ehtimalı da bir o qədər çoxdur, xəstələnmə ehtimalı azdır. Bütün bunlar prosesin nə qədər davam edəcəyindən asılıdır”.
Həkim əlavə edib ki, pandemiyanın başa çatmasında peyvəndlərin müstəsna rolu olacaq: “İnfeksion xəstəliklərdə birinci qoruyucu vasitə peyvənddir. Peyvənd vurulduqdan sonra yoluxma sayı əlbəttə ki, azalacaq. Problemi tamamilə həll etməsə də, yoluxma sayı idarə olunan səviyyədə olacaq”.
Məlumat üçün bildirək ki, 100-dən çox ölkə (Türkiyə, İndoneziya, Braziliya, Çili, Sinqapur, Malayziya, Filippin, Ərəb ölkələri və s. dövlətlər) “Sinovac” vaksinini sifariş edib. İstehsalçı “Sinopharm” şirkəti açıqlama verib ki, artıq 500 milyon doza vaksin istehsal olunub.
Diqqəti cəlb edən məqam odur ki, hazırda Çində gündəlik yoluxmaların sayı 20-30 nəfər arasındadır. Bu, dünya üzrə ən aşağı göstəricilərdən biridir.
Aytən Məftun
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız








































