Sağlamlıq
Həkimlər koronavirusun xəbərçisi olan simptomu açıqladı
COVID-19 iştahsızlıq, ürəkbulanma, qusma və ishal daxil olmaqla yüngül mədə-bağırsaq simptomlarına səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Mayo Klinikasının həkimləri məlumat verib.
Bununla birlikdə xəstəliyin bu əlamətləri çox görülmür və mütəxəssislər yalnız bir gün davam edə biləcəyini söyləyiblər. Bəzi xəstələrdə ishal və ürəkbulanma qızdırma, öskürək, dadbimə və iybilmə qabiliyyətinin yox olması kimi koronavirus simptomları başlamazdan əvvəl ortaya çıxır.
Tədqiqat zamanı mütəxəssislər COVID-19 testi pozitiv çıxan 116 nəfərin tibbi qeydlərini araşdırıb və demək olar ki, üçdə birində həzm pozuntusu aşkar olunub.
Həkimlər xatırladıblar ki, ürəkbulanma və ishal bir sıra digər xəstəliklərə də işarə edə bilər. Məsələn, qrip, miqren, depressiya, mədə-bağırsaq xəstəlikləri və ya müxtəlif dərmanların əks təsiri ola bilər.
Aytən Məftun
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

































.jpg)

.jpg)