Sağlamlıq
Koronavirusun şiddətinə təsir edən FAKTOR
Honkonq Universitetinin alimləri bağırsaq bakteriyalarının növünün və sayının koronavirusun şiddətinə təsir etdiyini irəli sürüb. Alimlər hesab edir ki, bakteriyaların disbalansı xəstəliyin uzun müddət davam etməsinə səbəb ola bilər.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri İngilis Tibb Birliyinin “Gut” jurnalında dərc edilib. 2020-ci ilin fevral-may aylarında mütəxəssislər 100 koronavirus xəstəsinin qan və nəcis testi nəticələrini həm xəstəxanada olduqları müddətdə, həm də sağaldıqdan sonra 30 gün ərzində analiz edib. Elm adamları araşdırmaya eyni zamanda pandemiyadan əvvəl mikrobiom tədqiqatında iştirak edən 78 nəfərin məlumatlarını əlavə edib.
Koronavirus xəstələrində immun cavab bakteriyası xeyli az olub və müalicə olunduqdan sonra aşağı düşüb. Mütəxəssislər hesab edir ki, sağaldıqdan bir neçə ay sonra da davam edən yorğunluq, təngənəfəslik və oynaq ağrıları bağırsaq mikrobiomundakı disbalans nəticəsində baş verir. Alimlər həzm sistemindəki faydalı bakteriyaların bəzi simptomları və onun şiddətini yüngülləşdirə biləcəyini söyləyib.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
