Sağlamlıq
Professor: “COVID 19-u əbədi olaraq tarixə qovuşdurmalıyıq”
Dövlət səviyyəsində kütləvi şəkildə vaksinasiyaya “start” verilməsi sevindirici haldır. İnsanların fərqli münasibət və yanaşmasından asılı olmayaraq, biz bu istiqamətdə ən öncül ölkələrdən biri kimi, ilk növbədə ölkə başçısına, eləcə də təşkilatçı və icraçı kimi Səhiyyə Nazirliyi və Təbibə yalnız təşəkkür etməli və bu işin uğurla tamamlanmasına bacardığımız hər bir köməkliyi göstərməklə, COVID 19-u əbədi olaraq tarixə qovuşdurmalıyıq.
Publika.az xəbər verir ki, bu sözləri professor, ATU Farmakologiya kafedrasının müdiri Musa Qəniyev deyib. Professor bildirib ki, COVID-19 əleyhinə vaksinasiya bu infeksiyadan qurtuluşun yeganə yoludur, zəruridir, mütləqdir və kovidsiz sabaha nicat yoldur.
“Bununla belə vaksinasiya barədə insanlar arasında yenə də vahid fikir birliyi yoxdur. İnsanlara vaksinasiyanın zəruriliyini inandıra bilsək də, son günlər çoxsaylı müraciətlərdə insanları ən çox narahat edən bir sual var. Kimlər vaksinasiya olunmamalıdır?
Bu haqda aşağıdakıları bildirirəm:
Dövlətimiz insana hörmət, hüquq , azadlıq və fərdi istək faktorunu əsas götürdüyündən, vaksinasiya məcburi deyil və heç bir vətəndaş məcburən vaksinasiya olunmayacaq.
Son altı ayda bu infeksiyanın istənilən klinik formasını keçirmiş şəxslər bu proseduradan azaddır (qoruyucu antitellər 6 yox, 8 aya sıfırlandığından, mənim fikrimcə bu müddət 8 ay olmalıdır; yəni son olaraq bu infeksiyanı keçən il may ayında keçirən şəxslər; nəzərə alsaq ki, Bizim Ölkəmizdə keçən il may ayına qədər kütləvi yoluxma olmayıb).
COVID-19 əleyhinə peyvəndlərin klinik sınağının 3-cü mərhələsi başa çatmadığı və IV mərhələsinə başlanılmadığından, terotogen, mutogen, konserogen və embriotoksik təsirləri öyrənilmədiyi, eləcə də istənilən peyvəndlərin lipofil təbiətli olmasını nəzərə alaraq, onun uşaqlara, hamilə qadınlara və südəmizdirən analara vurulması yolverilməzdir və əks göstərişdir.
İstənilən kəskin nozoloji xəstəliyə tutulmuş, eləcə də uzunmüddətli xroniki iltihabi proses və ya autoimmun xəstəliklərdən əziyyət çəkən şəxslərə COVID 19 əleyhinə peyvənd vurulması məsləhət deyildir.
Ölkəmizdə Sinovac şirkətinin “CoronaVac” peyvəndindən istifadə olunur. Bu peyvənd klassik yolla, yəni inaktivləşdirilmiş virus kulturasından alınır. Odur ki, enzim patologiyası olan məhdud sayda insanlar nəzərə alınmasa, heç bir ciddi və təcili müdaxilə tələb edən əlavə effektlərə və ya qeyri-spesifik təsirlərə malik ola bilməz”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
