Sağlamlıq
Bu vitaminin çatışmazlığı koronavirusdan ölüm riski yaradır
Alimlər bədəndə K vitamini çatışmazlığının koronavirusdan ölümcül fəsadların - hipertoniya, diabet, ürək-damar xəstəlikləri və piylənmənin inkişaf riskini artırdığını müəyyənləşdirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Niderland və Belçika alimləri danışıb. Onların sözlərinə görə, K vitamini çatışmazlığı ilə damar divarları zədələnməyə həssas olur və tromboz riski artır.
Mütəxəssislər K vitamininin ağciyər sağlamlığı və qan laxtalanmasının tənzimlənməsi üçün vacib olduğunu bildirib. Onların sözlərinə görə, K vitamini endotelial hüceyrələrdə sintez edilən və trombozun qarşısının alınmasında əhəmiyyətli rol oynayan S proteinini aktivləşdirir. Həm də elastik lifləri məhv olmaqdan qoruyan MGP zülalının fəaliyyəti K vitaminindən asılıdır. Bu protein yumşaq toxumalarda kalsium kristallarının böyüməsinə maneə törədə bilər.
K vitamini MGP istehsalını stimullaşdırır, lakin ehtiyatları aktiv şəkildə tükənir. Bu vəziyyətdə K vitamini çatışmazlığı bir neçə gün davam edən qeyri-sağlam qidalanma nəticəsində inkişaf edə bilər.
Alimlərin fikrincə, çatışmazlıq fonunda damarın zədələnmə riski artır. Bu baş verərsə, bədən yaranı sağaltmağa çalışır - yerində qan laxtası əmələ gəlir. Böyüməyə başlayanda və bu cür laxtaların sayı artdıqda qan dövranı pozulur. Böyük laxtalanma damarı bağlayaraq ölümə səbəb ola bilər. Üstəlik, bu, həm koronavirus xəstələrində, həm də diabet, hipertoniya, böyrək xəstəliyi və piylənmədən əziyyət çəkənlərdə müşahidə olunur.
Aytən Məftun
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


