Sağlamlıq
Koronavirusun fəsadları: Görmə və eşitmə qabiliyyəti...
Koronavirus infeksiyası beyin daxil olmaqla ən həssas insan orqanlarına təsir göstərir.
Publika.az xəbər verir ki, bu səbəbdən xəstənin görmə və ya eşitmə orqanlarında ağırlaşma üzə çıxa bilər. İmmunoloq Vladislav Jemçuqov “TASS” ilə söhbətində bu barədə xəbərdarlıq edib.
“Koronavirus qanın oksigenlə təmin olunmasından başlayaraq demək olar ki, bütün orqanlardakı damar və sinirlərə zərər verir. Virus bədənin ən zəif nöqtəsini tapdığı zaman ilk zərbəni ora vuracaq. Bu vəziyyətdə ağırlaşmaların şiddəti xəstənin orqanizmindən asılıdır”, - ekspert qeyd edib.
Jemçuqov xatırladıb ki, artıq bir neçə xəstədə karlıq və ya eşitmənin pisləşməsi kimi ağırlaşmalar qeydə alınıb. Həkim koronavirusdan sonra bədən toxumalarının həssaslığının pozula biləcəyini də əlavə edib. Bu, yanma və sancı şəklində özünü göstərir. Həmçinin immunoloq gözlərdə fəsadların (hətta korluğun) ola biləcəyini istisna etməyib. Mütəxəssisin sözlərinə görə, bu vəziyyətdə keçmiş zədələri və xəstənin xəstəlik tarixçəsini nəzərə almaq lazımdır. Eyni zamanda həkim xəstələrin ağciyərlərində yara izlərinin də yarandığını əlavə edib.
Aytən Məftun
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)

















.jpg)

.jpg)