Sağlamlıq
Martda koronavirus alovlanacaq - Üçüncü dalğa daha yoluxucudur
Türkiyəli həkim Şenol Atakan mutasiya olunmuş virusun səbəb olduğu yoluxma sayının artması ilə mart ayında yenidən alovlanma ola biləcəyindən narahatlığını dilə gətirib.
Publika.az xəbər verir ki, həkim mutant virusun daha yoluxucu və müqavimətli olduğunu açıqlayıb.
“Odur ki, gigiyena, məsafə və maska qaydalarına ciddi əməl etməliyik. Hesab edirəm ki, mart ayında yenidən rekord göstəricilər qeydə alınacaq. Pandemiya dövründə virusla ən çox mübarizə aparanlar arasında ailə həkimləri də var. Virusa yoluxmuş və ya virusla təmasda olan insanları yaxından izləyən ailə həkimləri bu çətin prosesi tez bir zamanda aradan qaldırmaq üçün böyük fədakarlıq göstərirlər.
“Sinovac” peyvəndinin 50 effektivliyi var. Bununla birlikdə, bu peyvəndlər xəstəliyin qarşısını almaqda və xəstəliyin ağırlaşmasında 90 faiz təsirli olur. Peyvəndləmə bunun üçün çox vacibdir. Kütləvi immunitet üçün əhalinin 70 faizində antitellər yaranmalıdır. Vətəndaşlarımız vaxtı gələndə peyvənd olunmalıdır ki, vəziyyəti nəzarət altında saxlaya bilək” , - ekspert bildirib.
Mutasiyanın xüsusilə Afrika, Braziliya və İngiltərədə başladığını deyən həkim yaz aylarında virusun müqavimət göstərdiyini əlavə edib: “Bu dövrdə başqa bir formata keçir. Yeni proseslər istehsal edir. Mutasiya məsələsinə çox diqqətli olmalıyıq. Üçüncü dalğa dediyimiz mutasiya daha çox yoluxucudur.
Koronavirus xəstələrinə reabilitasiya xidməti göstərilməlidir. COVID-19 keçirənlər üçün dövri müayinələr və alqoritmlər yaradılmalıdır. Ürək və böyrək problemləri olanlarda xəstəlik ciddi nəticələrə səbəb ola bilər”.
Aytən Məftun
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)



















.jpg)

.jpg)
