Sağlamlıq
Koronavirus nə zaman mövsümi xəstəlik olacaq?
Rospotrebnadzor Mərkəzinin Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik iş üzrə direktor müavini Natalya Pşeniçnaya koronavirusun yaxın bir neçə ildə mövsümi bir xəstəlik halına gələ biləcəyini deyib.
Publika.az xəbər verir ki, ekspert bunun yaxın bir və ya iki il ərzində baş verəcəyini təxmin edir:
“COVID-19-da mövsümi infeksiyanın xüsusiyyətləri görünməyə başlayır. Buna 2020-ci ilin payızında yoluxma sayının əhəmiyyətli dərəcədə artmasını misal göstərmək olar”, - mütəxəssis TASS-a verdiyi müsahibəsində deyib.
Alimin sözlərinə görə, kovid infeksiyasının alovlanmaları nəzəri olaraq payız və yaz aylarında müşahidə oluna bilər, çünki ilin bu dövrlərində mövsümi tənəffüs yoluxucu xəstəliklərdə artım olur.
Bundan əlavə epidemioloq koronavirusun yüksək nəm və mövsüm keçidlərindən daha asan yayıldığını bildirdi. Bununla birlikdə, o, əlavə edib ki, kovid insidansında artım bir neçə il ərzində, hətta əhalinin əksəriyyəti peyvəndləndikdən sonra da davam edəcək.
Aytən Məftun
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)





.jpg)
















.jpg)

.jpg)