Sağlamlıq
Zəncəfil və sarımsaq ömrü UZADIR
Alimlər zəncəfil və sarımsaqdan istifadənin insanı qocaldan soyuqdəymə prosesinin qarşısının alınmasında müsbət təsirini təsdiqləyirlər.
Publika.az “MedikForum”a istinadla xəbər verir ki, araşdırmalara görə, yaşlaşma insan bədəninin fizioloji funksiyalarının pisləşməsi ilə xarakterizə olunur və bəzi xəstəliklərlə: ürək-damar, nevroloji, xərçəng, maddələr mübadiləsinin pozulması ilə əlaqələndirilir. Oksidləşdirici stress və iltihab yaşlaşmanın inkişafına kömək edir. Aparılan tədqiqatlara istinad edən “Express” nəşriyyatı zəncəfil və sarımsaqdan istifadənin bu proseslərə müqavimətini artırdığını bildirir.
Sarımsaq. Tokioda Yakut şirkətinin təşkil etdiyi qocalma problemlərinə həsr olunmuş tədqiqat konfransında təqdim edilən nəticələrə görə, sarımsaqdan istifadənin bağırsaqların fəaliyyətini yaxşlaşdırması ömrün uzanmasına müsbət təsir göstərir. Alimlər ədviyyəli tərəvəzin bağırsaq üçün faydasını sarımsağın tərkibindəki “yaxşı” bakteriyaları artıran çoxmiqdarlı liflərlə əlaqələndirirlər. Bu mikroorqanizmlər xərçəng, kəmağıllıq, piylənmə və psixi xəstəliklərin yaranmasına təsir göstərə biləcək toksinləri ifraz edən zərərli bağırsaq bakteriyaları ilə mübarizə aparır.
Zəncəfil. ABŞ-ın Milli Tibb Kitabxanası zəncəfilin ürək-damar sisteminin vəziyyətinin göstəricilərini yaxşılaşdırmaq qabiliyyətini təsdiq edən məlumatları dərc edib: onun sayəsində triqliseridlərin və Aşağı Sıxlıqlı Lipoproteinlərdəki (ASL) “pis” xolesterinin səviyyəsi azalır.
“Express” həmçinin xəbər verir ki, zəncəfil neyrodegenerativ və metabolik pozulmalarla (şəkərli diabet, piylənmə) əlaqəli xəstəliklər də daxil olmaqla bəzi patoloji prosesləri boğmağa və tənzimləməyə qadirdir.
Zəncəfil və sarımsaq. “Sift Deck Research Page” dərc olunan tədqiqatın nəticələri antioksidan və iltihab əleyhinə təsirlərin sürətli qocalmadan qoruduğunu təsdiqləyir.
“Əvvəlki işlər, sarımsaqdan istifadənin orqanizmdə oksidləşdirici stressi azaldan qlutation kimi daxili antioksidanların səviyyəsini artırdığığını göstərir. Öz növbəsində zəncəfil də iltihab əleyhinə təsir göstərir, və bu xüsusiyyətlər qocalma prosesini ləngidir”, - deyə elmi ekspertlər vurğulayır.
Alimlər zəncəfil və sarımsağın ömrün uzanmasına təsirini çoxsaylı bioloji aktiv birləşmənin tərkibi ilə izah edirlər.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)





.jpg)
















.jpg)

.jpg)