Sağlamlıq
Soyuq hava koronavirusu sürətlə yayır? - Virusoloq açıqladı
Havaların kəskin soyuması yeni növ koronavirusun yayılma riskini daha da artıra bilər. Bir çox dünya alimləri bu qənaətə gəliblər.
Ümumdünya Səhiyyə Təşkilatından verilən açıqlamalarda isə qeyd edilir ki, koronavirus soyuq və quru mühitlə müqayisədə yüksək temperatur və yüksək nəmlik şəraitində sağ qalır.
İnsan bədəninin normal temperaturu xarici hərarət və havadan asılı olmayaraq 36,5-37°C arasında qalır. Yeni növ virusdan qorunmağın ən optimal yolu mütəmadi olaraq əlləri sabun və su ilə yumaq, yaxud 60-70% spirt tərkibli məhlullarla təmizləməkdir.
Son günlər Azərbaycanda da soyuq hava şəraiti hökm sürür. Bu, COVID-19-un sürətlə yayılmasına səbəb ola bilərmi?
Virusoloq Tərlan Məmmədov Publika.az-a açıqlamasında söyləyib ki, soyuq havalardan fərqli olaraq isti havalarda virusların təsiri azalır və ya tamamilə yox olur:
“Çünki isti hava virusların quruluşuna təsir göstərir. Onların quruluşu pozulur. Amma soyuq hava virusların quruluşuna heç bir təsir etmir. Yəni, soyuq havada virusların quruluşunu pozacaq hər hansı uyğun şərait yoxdur. Ona görə də viruslar soyuq havada daha yaxşı qala bilirlər. Məhz bu səbəbdən də soyuq havada virusların həm qalması, həm də yayıla bilməsi mümkündür. Buna virusun çoxalması yox, yayılması desək, daha doğru olar, yəni bir insandan o biri insana keçməsi soyuq havalarda daha çox ola bilər”.
Həkim qeyd edib ki, virusların dəmir və plastik materialların üzərində, hər hansı cismin səthində, havada olması mümkündür:
“Ona görə də insanlar ehtiyatlı olmalıdırlar. Əsasən 35 dərəcədən yuxarı havada viruslar məhv olur. Bunun da səbəbi qeyd etdiyim kimi, onların quruluşunun pozulması ilə əlaqədardır”.
Gəlinən nəticə ondan ibarətdir ki, soyuq havalarda virusun quruluşu pozulmadığı üçün onun insandan insana keçərək yayılması mümkündür. Hətta bu, əhalinin sıxlığından asılı olaraq sürətlə baş verə bilər. Bir sözlə, soyuq havalarda evdən bayıra çıxmamaq daha məqsədəuyğundur.
Tural Turan
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





