Sağlamlıq
Professordan KORONAVİRUS AÇIQLAMASI: Başqa yolumuz yoxdur
Tanınmış pulmonoloq, professor, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqov hesab edir ki, Britaniya ştammı ölkədə ciddi gərginlik yaratmayacaq.
Professorun Publika.az-a müsahibəsini təqdim edirik:
- Doktor, Britaniya ştammının yayılmasının qarşını almaq üçün hansı tədbirlər görülməlidir?
- Vaksinasiyadan effektli tədbir görmürəm. Düşünmürəm ki, Azərbaycanda Britaniya ştammının aşkar olunması epidemioloji vəziyyəti dəyişəcək. Çox güman ki, bu ştammlar bir neçə ay əvvəl də var idi. Virus varsa, mutasiyaya uğramış müxtəlif variantları da olmalıdır. Mutantların olması qaçılmazdır. Ola bilməz ki, infeksiya milyonlarla xəstə içərisində mutasiyaya uğramasın. Odur ki, Britaniya ştammının Azərbaycanda aşkar olunması xəbərini həyəcan törədici bir fakt kimi qəbul etməməyi tövsiyə edirəm.
Virusun bu ştammı birinci Britaniyada qeydə alınıb. Hazırda İngiltərədə vəziyyət çox stabildir, demək olar ki, bir çox qadağalar aradan qaldırılıb, böyük yumşaldılmalar var, xoreoqrafiya məktəblər fəaliyyətini davam etdirir, idman tədbirləri keçirilir. Əgər həmin ştamm epidemioloji vəziyyəti dəyişsə və pisləşdirsəydi, İngiltərə yoluxma göstəricilərinə görə ilk yerdə olardı. İngiltərədəki vəziyyətə əsaslanaraq deyə bilərəm ki, Britaniya ştammının ölkəmizdə vəziyyəti dəyişdirəcəyinə və şiddətli yoluxmalara səbəb olacağını düşünmürəm. Bununla belə özümüzü əvvəlki qaydada qorumağa davam etməliyik. Britaniya ştammı ilə COVID-ə qarşı qoruma tədbirləri isə eynidir.
- Pandemiyanın ilk aylarında hər kəs təşviş içində idi, çünki xəstəlik haqqında kifayət qədər məlumatımız yox idi. Payız-qış aylarında isə dəhşətli statistik göstəricilərlə qarşılaşdıq. Qarşıdakı aylarda vəziyyətin necə olacağı barədə hər hansı proqnoz vermək mümkündür?
- Bizdə və digər ölkələrdə əvvəlki gərginlik olmayacaq. Bunu gözləməyin. Çünki vaksinasiya aparılır. Artıq 600 mindən çox insanda vaksinasiya yerinə yetirilib. Azərbaycanda 18 yaşdan yuxarı əhalinin 60-70 faizi vaksinasiya olunduqdan sonra pandemik və epidemioloji göstəricilər nəzərə alınmayacaq. Bu mənada qorxmaq üçün əsas görmürəm. Hər gün onlarla xəstə müayinə edirəm. Yoluxma sayında artım müşahidə olunsa da, müraciətlərdə əvvəlki gərginliyi duymuram.
- Britaniya ştammı kimlər üçün xüsusilə təhlükəlidir?
- Təbii ki, xroniki xəstəliyi və immun sistemi zəif olan insanlar risk qrupundadır. Yeni ştammları kimlərdə müşahidə etdik? Hindistan əsilli Kembric Universitetinin professoru və virusoloqu ilk dəfə aşkar etdi. Daha sonra Yaponiya, Braziliya, Afrika ştammları aşkar olundu, artıq bir neçə mutasiya forması mövcuddur. Bu mutasiyalar daha yüksək yoluxuculuq qabiliyyətinə malikdir. Bunun kökünü kəsməyin ən yaxşı yolu Azərbaycanda aparılan vaksinasiya tədbirlərini sürətləndirməkdir. Başqa yolumuz yoxdur. Vaksinasiya geniş şəkildə və sürətlə yerinə yetirilərsə, heç bir ştamm cəmiyyətdə infeksiyanın yayılmasında rol oynaya bilməz.
- Metronun bağlanması haqqında nə deyə bilərsiniz? Metronun açılması hansı baxımdan təhlükəlidir?
- Qatarlarda ciddi gigiyenik tədbirlər aparılarsa, metroları açmaq olar. Pandemiya müddətində altı ay İspaniyada qaldım, daha az sərnişin buraxılması şərtilə metrolar işləyirdi. Metrolar nəqliyyat yüklənməsinin qarşısını müəyyən qədər ala bilir. Tərəfdarıyam ki, Azərbaycanda metrolar açılsın, insanlarımız çox əziyyət çəkir. Avtobuslara 10 insan əvəzinə, 100 insan minir. Bu təhlükə deyilmi?
Aytən Məftun
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…


































.jpg)
.jpg)

