Sağlamlıq
Dərini qocaldan 5 zərərli vərdiş
Həkim, teleaparıcı Yelena Malışeva dərini qocaldan vərdişlərdən bəhs edib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis bunları dəri üçün “ölüm vərdişləri” adlandırıb. Malışevaya görə, qadınlar ilk növbədə yatmazdan əvvəl makiyajın kifayət qədər təmizlənməsinə diqqət yetirməlidirlər.
“Gecə hüceyrələr bərpa olunur və yenilənir - ancaq dəri tamamilə təmiz olarsa, bu baş verir”, - həkim qeyd edib.
Yelena Malışeva kosmetikanı təmizləməyən xanımların dərisində sızanaq və quruluq yaranması riski olduğunu bildirib.
Dəri üçün ikinci mənfi vərdiş siqaretdir. Nikotinin dəridə qan axınını azaltdığı, buna görə kifayət qədər oksigen və qida almadığı qeyd olunur. Bundan əlavə, siqaretdəki zəhərli maddələr kollagen və elastin zülallarına zərər verir. Nəticədə dəri möhkəmliyini və elastikliyini itirir. Yaralar və sızanaq bu cür dəridə daha gec sağalacaq.
Üçüncü pis vərdiş yayda günəş vannası qəbul etməkdir. Günəş dərini hər dəqiqə qocaldır, buna görə birbaşa günəş işığına məruz qaldıqda mütəmadi olaraq qoruyucu vasitələrdən istifadə etməlisiniz.
Dəriyə artıq şəkər və sadə karbohidratlar da mənfi təsir göstərə bilər. Bu cür məhsulların nəzarətsiz istifadəsi dərini yaşlandırır. Beşinci “qatil” sızanaq sıxmaq vərdişidir. Bu, üzdə yara izi qoya və ya infeksiyaya yol aça bilər. Sızanaqlarla mübarizə aparmaq üçün benzoil peroksid və salisil turşusundan istifadə etmək məsləhətdir.
Aytən Məftun
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


