Sağlamlıq
Payızdakı gərginlik yenidən təkrarlana bilərmi? - Epidemioloq danışdı
Koronavirus yoluxmalarında alovlanmalar mümkündür, lakin əvvəlki gərginliyin olması gözlənilmir.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik iş üzrə direktor müavini Natalya Pşeniçnaya danışıb.
“Baharda belə cüzi yüksəlişlərin görünməsi mövsümi infeksiyalar üçün xarakterikdir, güman ki, COVID-19-da da bənzər vəziyyət olacaq. Ancaq alovlanmanın payızdakı zirvəsinə çatması mümkün deyil”, - Pşeniçnaya RİA “Novosti”yə verdiyi müsahibədə bildirib.
Epidemioloqun sözlərinə görə, koronavirusun dinamikasında azalma tendensiyası müşahidə olunur. Buna həm karantin tədbirləri, həm də universal immunitetin daha sürətli inkişafına imkan verən payvəndlənmənin genişlənməsi təsir edib. Yoluxma nisbətinin azalmasına baxmayaraq, mütəxəssis arxayınlaşmağın hələ tez olduğunu vurğulayıb:
“Koronavirus infeksiyasının qarşısının alınması üçün bütün tövsiyələrə əməl edilməlidir. Epidemiya əleyhinə bütün tədbirlərə riayət etsək, bəlkə də yazda stabil vəziyyəti qorumaq mümkün olacaq, beləliklə yayda daha minimum səviyyəyə çata biləcəyik”.
Aytən Məftun
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi

































.jpg)

.jpg)