Sağlamlıq
Qırmızı şərab insanı bu riskdən QORUYUR
Şərab içmək kataraktanın inkişaf riskini 23 faiz azalda bilər.
Publika.az xəbər verir ki, bununla bağlı London Universitet Kollecinin oftalmoloqları araşdırma aparıblar. Araşdırmanın nəticəsi “Ophthalmology” jurnalında dərc edilib.
Bildirilir ki, tədqiqatçılar 490 mindən çox insandan qidalanmaları, alkoqol qəbulu və xəstəlikləri haqqında məlumatlar toplayıblar. Məlum olub ki, az və orta dərəcədə alkoqol istehlakı (həftədə 14 vahid - təxminən 10 bokal şərab və ya altı stəkan pivə) kataraktanın inkişaf riskinin azalması ilə korrelyasiya edib.
Ən çox əlaqə qırmızı şərabla bağlı olub: onu istehlak edənlərin katarakta müalicəsi ilə əlaqəli əməliyyata ehtiyacları 23 % daha az olub. Pivə və digər alkoqollu içkilərin təsiri daha az olub.
Hələlik bu təsirin səbəbi məlum deyil. Ancaq iş şərabın tərkibində olan və orqanizmdə qoruyucu rol oynaya biləcək polifenollarda, birləşmələrdə ola bilər.
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib




































.jpg)

.jpg)