Sağlamlıq
Siqaretin daha bir mənfi təsiri ÜZƏ ÇIXDI
Gündə bir qutudan artıq siqaret çəkənlərdə rəngləri görmə qabiliyyətini itirmə riski artır.
Publika.az "Science Daily"ə istinadla əbəbr verir ki, Rutgers Universitetinin tədqiqatçıları gündə bir paketdən çox siqaretin rəngləri görmə qabiliyyətinə mənfi istiqamətdə təsir etdiyini bildiriblər.
Tədqiqat işində həyatlarında 15 ədəddən az siqaret çəkən 71 sağlam insanla gündə ən az 20 ədəd siqaret çəkən 63 nəfər üzərində elmi müşahidələr aparılıb.
Mütəxəssislər siqaret çəkənlərdə siqaret çəkməyənlərlə müqayisədə kontrastları və rəngləri ayırd etmə qabiliyyətinin azaldığını müəyyən ediblər.
Siqaret çəkənlərin eyni zamanda, qırmızı-yaşıl və göy-sarı rəng qammalarının qavrayışında əhəmiyyətli dəyişikliklər olduğu aşkar edilib.
Tədqiqat işində nikotin və siqaretin gözün torlu qişasındakı qan damarları və neyronlara zərər verdiyi də qeyd edilib.
İştirakçıların 25 ilə 45 yaşlarında olduğu, görmə qabiliyyətlərinin normal və düzəldilmiş normal kateqoriyasına daxil olduğu bildirilir.
Tədqiqat işinin nəticələri "Psychiatry Research" jurnalında dərc olunub.
Hüseyn
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)

















.jpg)

.jpg)