Sağlamlıq
Daha bir şirkət uşaqlar üzərində peyvənd sınaqlarına başladı
ABŞ-ın əczaçılıq şirkəti “Johnson and Johnson” (J&J) yeni koronavirus peyvənd tədqiqatlarına 12-17 yaş qrupunu əlavə etdiyini açıqlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət peyvəndləri əvvəlcə 16-17 yaş qrupundan olan könüllülər üzərində sınaqdan keçirəcək, daha sonra araşdırmaya 12 yaşlı uşaqlar cəlb olunacaq.
“Gündəlik həyata qayıtmaq üçün virusun yayılmasının qarşısını almaq vacibdir. COVID-19 yeniyetmələrdə ağırlaşmalara səbəb olur, beynin inkişafına, hətta sosial həyata da dərindən təsir edir. Odur ki, bu mübarizədə hər yaş qrupu üçün vaksin inkişaf etdirilməlidir” , - şirkət açıqlamasında bildirib.
Xatırladaq ki, “Moderna”da bu yaxınlarda 6-11 yaşlı uşaqlar üçün COVID-19 peyvəndlərinin tədqiqatlarına başladığını elan etmişdi. ABŞ Səhiyyə Departamentinin Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu ilə birgə aparılan bir araşdırmasında birinci mərhələ klinik sınaqların başladığı, 2-ci və 3-cü mərhələlərin birləşdiriləcəyi və 6750 uşaq üzərində sınaqların aparılacağı qeyd edilib.
Mart-ın 25-də isə ABŞ əczaçılıq şirkəti “Pfizer”, eləcə də Almaniyanın “BioNTech” şirkəti 6 aydan 11 yaşa qədər olan uşaqlarda COVID-19 peyvənd sınaqlarına başladığını bildirmişdi.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
