Sağlamlıq
Tanınmış həkim pandemiyadan çıxış yolunu AÇIQLADI
Pulmonoloq-allerqoloq Ramin Nəriman hesab edir ki, pandemiyanın bitəcəyi vaxtla bağlı verilən proqnozların əksəriyyəti özünü doğrultmur, bu barədə konkret fikir bildirmək çətindir. Lakin həkimin sözlərinə görə, vəziyyətdən bir çıxış yolu var, o da vaksinasiyadır.
Publika.az Ramin Nərimanla müsahibəni təqdim edir:

- Ramin doktor, vaksinasiya yeni mutasiyaların qarşısını ala bilərmi?
- Vaksinlər mutasiyaların qarşısını alacaq vasitələr deyil. Bu barədə hər hansı elmi məlumat və sübut yoxdur. Vaksinasiya xəstəlikdən qorunmaq üçün ilkin profilaktika vasitəsidir, mutasiyanın qarşısını almaq kimi bir funksiyaya malik deyil.
- Hindistan mutantı ölkəmiz üçün hansı təhlükəni yaradır?
- Azərbaycan üçün hər hansı fərdi təhlükə daşımır. Amma Azərbaycan da dünyəvi ölkədir, demək olar ki, bütün dünya ölkələri ilə əlaqələri var. Odur ki, Hindistan ştammı dünyaya yayılarsa, ölkəmizdə də təsadüf oluna bilər. Onun fəsadları barədə hər hansı fikir bildirmək hələ tez olsa da, karantin qaydalarına ciddi şəkildə əməl etməyə davam etməliyik.
- Pandemiyanın ölkəmizdə nə zaman bitəcəyi barədə hər hansı proqnoz vermək mümkündürmü?
- Ümumiyyətlə, koronavirus haqqında söylənilən proqnozların əksəriyyəti özünü doğrultmur. Gələcəkdə Azərbaycanda vəziyyətin necə olacağı tək bizdən deyil, dünya ölkələrindən də asılıdır. Bir ölkədə stabillik olarsa, digərində olmazsa, nəticədə vəziyyətin stabil olduğu ölkədə də problemlər yaranmağa başlayır. Eləcə də eyni hal Azərbaycanda baş verə bilər. Azərbaycanın başqa ölkələrlə əlaqəsi olduğu üçün bizdə stabillik olsa da, başqa ölkədən yenidən infeksiya gətirilə bilər.
Hər halda proqnostik olaraq düşünürəm ki, əgər peyvəndlənmə qaydasında aparılarsa, proses sürətlənərsə, gələcəkdə Azərbaycanda və digər dünya ölkələrində vəziyyət stabilləşəcək.
Aytən Məftun
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)





.jpg)
















.jpg)

.jpg)