Sağlamlıq
Həkim COVID-19-dan sonra yaranan güclü halsızlıq və zəifliyi yox edən üsulları açıqladı
COVID-19-dan sağalanlar güclü halsızlıq, zəiflik şikayətləri edirlər, həkimlərdən bunu aradan qaldıra bilən dərman soruşurlar. Əlbəttə ki, dərman yazanlar reseptlər yazıb doldurmağa çalışırlar ki, bunları edin. Amma biləsiniz ki, COVID-dən sonra halsızlığın olması təbiidir. Orqanizm təzəcə müharibədən çıxıb, enerji resursları tükənib. Həm Covid virusunun skelet əzələlərinə birbaşa təsiri olur. Çünki ACE2 reseptorları əzələlərdə də var. Bir müddət ağrikəsicilərə tabe olmayan əzələ ağrıları yorğunluğu, əzginliyi, halsızlığı daha da artırır.
Publika.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim bildirib ki, insanlar təkcə fiziki yox zehinsəl də olaraq yorğun olurlar:
“COVID-19 bütün orqanizm üçün stress törədir. Bu cür şikayətləri olan şəxslərə bildirmək istərdim ki, bu müvəqqətidir. 3-4 həftəyə keçəcək. Buna görə hansısa dərman içmək lazım deyil. Sadəcə yuxunu requlyar edin, enerjiyə qənaət rejimimə keçərək çoxlu dincəlin. Bədənin bərpa olunması özü enerji tələb edən proses olduğunu unutmayın. Çox ehtiyatla fiziki məşqlərə başlayın. Məsələn, 1-ci həftə hər gün 5 dəqiqə yeriyin, bu sizə çətin deyilsə. 2-ci həftə 10 dəqiqə, 3-cü həftə hər gün 15 dəqiqə, 4-cü həftə gəzintini 20 dəqiqəyə çatdırın.
Musiqilərə qulaq asın, sevimli məşğuliyyətinizə vaxt ayırın. Stressin törətdiyi psixoloji problemlər, yaddaş zəifliyi və kəskin ümumi zəiflik tədricən öz özünə və dərmansız keçəcək”.
Aytən Məftun
-
Hadisə22:18Azərbaycanda zəlzələ oldu
-
İdman22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Hadisə21:39Azərbaycanlıların da olduğu gəmi vuruldu
-
Region21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya18:20İlin son Günəş tutulması baş verəcək
-
Nida Xəbər 16:55Baş nazir qərar imzaladı



























.jpg)
.jpg)






