Sağlamlıq
Məşhur dietoloqdan sürətlə arıqlamağın SİRRİ
Dietoloq Yelena Solomatina “ekvatorial qayda”ya uyğun qidalanmanın qocalma prosesini ləngitdiyini iddia edib.
Publika.az xəbər verir ki, “ekvatorial qidalanma”nın nəticələrindən danışan mütəxəssis dietoloqların ekvatoru “günün şərti bölmə xətti” adlandırdıqlarını və bədənin metabolik proseslərinin bu saatdan sonra yavaşladığını izah edib. Hər şey insanın fərdi xüsusiyyətlərindən asılıdır, lakin ekvator vaxtı təxminən saat 15:00-a düşür:
“Hər bir insanın ekvator vaxtı fərqlidir, bu, nə vaxt yatmasından, oyanmasından, hansı həyat tərzi sürdüyündən və nə qədər aktiv olduğundan asılıdır. Buna baxmayaraq, saat 15:00-da, günortadan sonra istənilən orqanizmdə metabolik proseslər yavaşlayır”.
Mütəxəssisin sözlərinə görə, günün ilk yarısında insanlar daha hərəkətlidirlər, buna görə də bədən qəbul edilən kalorini daha tez yandırır. Bu səbəbdən günün ikinci yarısında qanda qlükoza səviyyəsini qaldıran yüksək kalorili qidalar yeməmək tövsiyə olunur, əks halda insulin onu ehtiyat yağlara çevirir:
“ “Ekvator pəhrizi”nə aşağı qlisemik indeksli qidaların daxil edilməsinə ehtiyac var: Yağsız toyuq əti, balıq, kəsmik, qaynadılmış tərəvəzlər və s. Günortadan sonra yüksək kalorili qidalardan imtina etmək böyümə hormonunun normal işləməsinə şərait yaradır, eyni zamanda qocalma prosesini ləngidir”.
Aytən Məftun
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi

































.jpg)

.jpg)