Bunun nəticəsində Azərbaycanda yoluxma azaldı, ölüm sıfıra düşdü - Professor
Bizi izləyin

Sağlamlıq

Bunun nəticəsində Azərbaycanda yoluxma azaldı, ölüm sıfıra düşdü - Professor

Dünən Azərbaycanda COVID-19-dan ölən olmayıb, lakin heç bir halda biz arxayınlaşmamalıyıq və bu, pandemiya bitdi demək deyil. 60 milyon əhalisi olan Böyük Britaniyada da ölüm halları çox az idi. Dünyanın ən yaxşı göstəriciləri orada qeydə alınmışdı. Bizdə isə ölüm sayı son günlərə qədər elə də az deyildi.

Bu sözləri Publika.az-a açıqlamasında professor Adil Qeybulla deyib.

O bildirib ki, insanlar özlərini qorumağa və karantin qaydalarına əməl etməyə davam etməlidir:

“Pandemiya ilə mübarizədə ölkədə ciddi tədbirlər həyata keçirilib. Vaksinasiya nəticəsində yoluxma sayı azaldı, böyük effektivlik əldə olunub. Buna baxmayaraq, vaxtından tez arxayın olmağa dəyməz.

Dünən çimərliklərdə xeyli adam olub. Təsəvvür edin ki, toylara icazə verilmir, amma birdən-birə 10-20 min adam çimərliyə doluşur. İnsanlar bu prosesin fərqində olmalıdır, karantin hələ bitməyib. Bizi hansı sürprizlər gözlədiyini heç kim bilməz. Odur ki, ehtiyatlı olmalıyıq. Epidemioloji vəziyyətdən asılı olaraq sərtləşmə və ya yumşaldılma istiqamətində qərarlar veriləcək”.

Həkim bildirib ki, əslində dünyanın əksər ölkələrində insanlar hələ də vaksin vurdurmağa çəkinir:

“Dünyada vaksinasiyaya münasibət birmənalı deyil. O ölkələrdəki səhiyyəyə güvən var, orada bu məsələlər öz həllini demək olar ki, tapıb. Bəzi ölkələrdə bu, problem olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatının özü vaksin tərəddüdünü insan sağlamlığına təhdid edən 10 faktor kimi qeydə alıb. Antivaksin kampaniyası bu gün də davam edir. Lakin bu, çox yanlış və daha çox şayiələrə söykənən bir yoldur. Bu baxımdan heç bir əsası yoxdur. Bu gün Azərbaycanda vaksinasiya sürətlə gedir və ümumi epidemioloji vəziyyət pisləşərsə, sərtləşmə davam edə bilər. Yoluxma sayı azaldığı təqdirə isə sosial həyatın ayrı-ayrı sahələrində də yumşalma olacaq”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm