Sağlamlıq
ÜST “delta” ştammının yayıldığı ölkələrin sayını açıqladı
Koronavirusun “Delta” növü dünyanın ən azı 96 ölkəsində mövcuddur.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) üzv ölkələri üçün keçirdiyi brifinqdə baş direktor Tedros Adhanom Qebreyesus söyləyib.
O bildirib ki, Hindistan ştammı koronavirusun təsbit edilən ən yoluxucu variantıdır. Baş direktorun sözlərinə görə, bu variant peyvənd edilməmiş əhali arasında sürətlə yayılır:

“Viruslar inkişaf edir, buna görə də COVID-19-un yeni növlərinə dair hesabatlar gözləməliyik. Bəzi ölkələr pandemiya ilə əlaqədar tədbirləri yumşaldır. Koronavirus yoluxmalarında artım müşahidə olunur ki, bu da səhiyyə sistemində yüklənməni artırır. Ancaq ötürülmənin qarşısını alsaq, yeni variantların ortaya çıxmasına mane ola bilərik”.
Qebreyesus bununla mübarizədə bütün mövcud vasitələrdən istifadə edilməli olduğunu vurğulayıb.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
