Sağlamlıq
Əl biləyində ŞİDDƏTLİ AĞRI: Bu şəxslər təhlükə ilə üzləşə bilərlər
Əl biləyinizdə şiddətli, mütəmadi yaranan ağrı hiss edirsinizsə, hissiyyat itkisi və ya uyuşma yaranırsa bu, karpal tunel xəstəliyinin xəbərçisi ola bilər.
Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, bu bilək, barmaqlarda sinirlərin sıxışması ilə özünü göstərir. Sinirlərin əzələ toxumasına, sümüklərə göstərdiyi təzyiq nəticəsində ağrı meydana gəlir. Adətən 3 barmaqda daha çox müşahidə edilir. 40 yaşdan yuxarı insanlarda daha çox görülür.
Kimlər daha çox risk altındadır?
- 30-60 yaş arası insanlar,
- Xüsusilə qadınlar
- Kompyuterdən çox istifadə edənlər
- Uzunmüddət telefonla danışanlar
- Günün yarısını maşından istifadə edənlər(sürənlər)
- Musiqiçilər
- Dərzilər
- Tennis oyunçuları və s.
Hansı vəziyyətlər bu xəstəlik riskini artırır?
- Hamiləlik
- Revmatizm xəstəliyi
- Diabet
- Xroniki böyrək çatışmazlığı
- İnfeksiyalar
- Şişlər
- Artıq çəki
- Boyun yırtığı əməliyyatından sonra
- Bilək burxulması problemləri
Bəs xəstəliyin əlaməti nədir?
- Əlin ilk üç barmağında ağrı
- Baş barmaqda uyuşma hissi
- Qol hərəkət etdirildiyi zaman artan yanma, ağrı hissi
- Bilək ağrıları
- Əl əzələlərində ağrı
- Qoldan çiyinə qədər uzanan ağrı
Bəs müalicəsi necə aparılır?
Cərrahi və dərman müalicə üsulundan istifadə edilə bilər. Bu problemdən əziyyət çəkənlərin hər birinin əməliyyat olunması vacib deyil. Bununla yanaşı altda yatan əsas xəstəliklər müalicə edilməlidir.
Həmçinin edilən bəzi fiziki hərəkətlər də xəstəlik zamanı effektli ola bilər. Bunu vəziyyətinizə, şikayətinizə uyğun həkiminiz təyin etməlidir.
Hüseyn
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

































.jpg)

.jpg)