Sağlamlıq
Yağ kömək etməyəcək, naşatır ziyan vuracaq - 3 MƏŞHUR MİF
Həkimə qədər ilk tibbi yardım qaydalarını hər kəs bilməlidir. Bu, insanın sağlamlığı və bəzən hətta həyatını xilas etməyə kömək edir. Lakin bəzi yayılmış ilk tibbi yardım "üsulları" zərərçəkmişə yalnız ziyan vura bilər.
Publika.az ilk tibbi yardımla bağlı olan ən yayılmış mifləri təqdim edir:
Mif 1. Epilepsiya tutması zamanı xəstənin dişlərini zorla aralamaq, dilini çıxartmaq, ağzına nə isə (dəsmal, qaşıq və s.) salmaq olmaz!
Xəstəni sadəcə böyürü üstə yerə uzandırmaq və ətrafda olan əşyaları qərağa çəkmək lazımdır ki, tutma zamanı xəstə onlara dəyib zədələnməsin. Bu qədər.
Mif 2. Bayılma zamanı naşatır spirtindən istifadə etmək olmaz!
Bu üsul artıq dünyada çoxdandır ki, istifadə olunmur. Naşatır spirti ağır allergiya, nəfəsalmanın dayanması, burunun selikli qışasının yanığına səbəb ola bilər.
Adətən bayılan insan 1-2 dəqiqədən sonra özünə gəlir.
İnsan nəfəs alır, nəbzi var və qanaxma yoxdursa, onu sadəcə bel üstə uzandırın, ayaqlarını bir qədər qaldırın, kəməri, paltarın yaxasını açın, otağın pəncərəsini açın (bu mümkün deyilsə, xəstəni çölə çıxardın).
İnsan bir neçə dəqiqədən sonra özünə gəlməyibsə, dərhal "təcili yardım" çağırın.
Mif 3. Yanıqlara yağ, yumurta, diş pastası və s. sürtmək olmaz!
Yanıq baş verdikdən dərhal sonra zədələnmiş yeri 15-20 dəqiqə ərzində axar soyuq suyun altında saxlayın. Bundan sonra dəriyə xüsusi vasitələr (pantenol gel və s.) çəkə bilərsiniz.
Yanmış yerə dərhal yağ, yumurta və s. sürtdükdə üzərində plyonka əmələ gəlir, isti çölə çıxa bilmir və dəri hələ 15-20 dəqiqə ərzində bu plyonkanın altında yanmağa və zədələnməyə davam edir. (Sağlamolun)
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi








































