• USD 1,7000 0,00% EUR 1,9921 -0,12%
    • GBP 2,3201 -0,16% RUB 0,0233 +0,43%

Uşaqlar COVID-19 peyvəndi olunacaq? - Professor AÇIQLADI

Uşaqlar COVID-19 peyvəndi olunacaq? - Professor AÇIQLADI

Yıldırım Beyazıt Universiteti Ankara Şəhər Xəstəxanasının uşaq yoluxucu xəstəlikləri mütəxəssisi professor Aslınur Özkaya Parlakay uşaqların vaksinasiyası məsələsinə aydınlıq gətirib.

Araşdırmalara görə, məktəblərdəki yoluxma digər yoluxucu faktorlar arasında ən aşağı olandır.

Professor bildirib ki, məktəblərdə infeksiyanın yayılması cəmiyyətlə paralel gedir: "Başqa sözlə, uşaqları peyvənd etməmişdən əvvəl 16 yaşdan yuxarı insanları vaksinasiyaya cəlb etmək üçün səy göstərsək, daha çox uğur qazanacağımızı düşünürəm".

Hazırda dünyada uşaqların peyvənd olunub-olunmaması müzakirə olunur.

12-15 yaş arası uşaqlar üçün peyvəndlənmə ilk olaraq Kanadada mayın 6-da başlayıb. Daha sonra Amerika, Danimarka və Fransa da uşaqları peyvənd təqviminə daxil edib. 12 yaşdan kiçik uşaqlarda Çin və İsrail ön plana çıxıb. Çin 3 yaşından yuxarı uşaqlar üçün, 5-12 yaş qrupu üçün isə İsrail peyvəndi təsdiqləyib.

"Delta" variantı bu qərarı alan ölkələrdə təsirli olub. İsrail ağciyər və ürək kimi ciddi xroniki xəstəlikləri olan uşaqların vaksinasiyasının lazım olduğunu, ancaq "Pfizer/BioNTech" vaksininin normal dozasının üçdə bir hissəsinin uşaqlar üçün istifadə olunacağını açıqlayıb.

Digər tərəfdən, ABŞ Qida və Dərman İdarəsi (FDA) "Pfizer/BioNTech" və "Moderna"dan 5 yaşdan 11 yaşa qədər olan uşaqlar üçün klinik sınaqların ölçüsünü artırmağı xahiş edib.

Peyvəndlər uşaqlar üçün kifayət qədər təhlükəsizdirmi?

Bu suala professor Aslınur Özkaya Parlakay aydınlıq gətirib:

"Vaksinin həm effektivliyi, həm də təhlükəsizliyi ilə bağlı çoxlu məlumatımız var. Peyvəndlərin böyüklər üzərində aparılan araşdırmalardan təsirli və təhlükəsiz olduğunu bilirik. Uşaqların peyvənd edilməsini müzakirə edirik, amma ilk növbədə böyüklər arasında yoluxmanı minimuma endirməliyik. Uşaqların peyvənd edilməsinin ikinci dərəcəli olması üçün onların vaksinasiyasını yüksək nisbətlərdə davam etdirməliyik. Yetərli təhlükəsizlik araşdırmaları olmadan uşaqların peyvəndlənməsi ilə bağlı fikir bildirməyəcəyik. Hər gün daha çox araşdırma aparırıq. Mövcud araşdırmaların nəticələrinə görə, peyvəndlərin uşaqlar üçün də təhlükəsiz və effektiv olduğunu müşahidə etdik".

Məktəblərdə yoluxma zəncirini necə qırmaq olar?

Professor A.Ö.Parlakay qeyd edib ki, məktəb heyətinin bütövlükdə peyvənd edilməsi uşaqların yoluxmaması üçün vacib şərtdir:

"Hər kəsin uşaqlarla təmasda olması risk faktorudur. Başqa sözlə, böyüklər peyvənd edilməlidir. Daha sonra uşaqlara maska, məsafə və gigiyena qaydalarını xatırlatmaq lazımdır. Məktəblərin açılması ilə qaydaları bir daha xatırlatmaq mütləqdir".

Akqabay

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR