Sağlamlıq
Məşhur həkimdən KORONAVİRUS XƏBƏRDARLIĞI
"Son günlər yeni növ koronavirusa yoluxma hallarının sayının artması insanlarda panika yaradıb. Əsas olan yoluxmanın artması yox, ağırlaşma hallarının sayıdır. Məsələn, hər il dünyada təqribən 1 milyarda yaxın insan qrip virusuna yoluxur.
Publika.az xəbər verir ki, bu sözləri həkim radioloq Aydın Əliyev deyib.
Həkim bildirib ki, qrip xəstəliyinə görə karantin tətbiq edilmir ki, qrip xəstəliyi təqribən 95-99 % hallarda yüngül keçirilir:
Demək ki, əsas yoluxma sayı yox, ağırlaşma faizidir. Odur ki, son günlərdə olan yoluxma sayının içərisində ağırlaşma faizinə baxmaq lazımdır. Əgər yeni yoluxanlar arasında xəstəliyi ağır keçirənlərin faizi aşağıdırsa, heç bir panikaya əsas yoxdur!
Yeni yoluxanların və ağırlaşanların arasında peyvənd edilənlərin sayı çox azdır!
Deməli, peyvənd yoluxmanı və yoluxarkən ağırlaşmanı çox azaldır!
Nə qədər çox peyvənd edilsək, yoluxma da bir o qədər azalacaq!
Peyvənd edilək, sağlam qalaq!
Yeni yoluxanlar arasında saxta peyvənd pasportu alanların da sayı çoxdur!

Saxta peyvənd pasportu almayın! Bu həm sizə, həm də cəmiyyətə zərərlidir!
Bütün viruslar mutasiya etdikcə zəifləyir insanla yaşamağa məcbur olur!
Qorxmayın! Koronavirus da mutasiya edərək zəifləyir! Ən yaxın gələcəkdə koronavirus adiləşəcək!"
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
