Sağlamlıq
Azərbaycanı yenidən qapanma gözləyirmi? - Vasif İsmayıl danışdı
"Aktiv yoluxma sayı kritik deyil. Odur ki, yaxın həftələrdə çox ciddi qapanmalar olacağını gözləmirəm. Yoluxmaların sayını azaltmağın ən effektli yolu sözsüz ki, vaksinasiyadır".
Bu sözləri Publika.az-a açıqlamasında tibbi ekspert Vasif İsmayıl deyib. Həkim bildirib ki, peyvəndlənmə vəziyyətdən yeganə çıxış yolu olaraq qalır:
“Peyvəndlənməni sürətləndirmək lazım olduğunu düşünürəm. Bu sahədə atılan konkret addımların şahidiyəm və inanıram ki, yoluxmaların sayını nəzarətdə saxlamağa davam edəcəyik. Nəticəsi göz qarşısındadır.
Peyvənd prosesi zəif gedən qonşu ölkələrdə xəstəlik sayı çox yayılıb, onu nəzarət altına almaq çox çətindir. Amma Azərbaycanda gördüyünüz kimi, yoluxma sayını hələ ki, nəzarətdə saxlamaq mümkündür. Bu, peyvəndlənmənin konkret müsbət təsiridir.
Pandemiyanın dördüncü dalğası yay aylarında başladı. Yəqin ki, sentyabra doğru sönəcək. Koronavirus mövsümi qrip kimi deyil, onun öz gedişatı var. Əgər payız aylarına qədər vaksinasiyanı əhalinin yarısına qədər çatdıra bilsək, yəqin ki, 5-ci dalğa Azərbaycanda bundan da sönük keçəcək”.
Aytən Məftun
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi




































.jpg)


