Sağlamlıq
HƏYƏCAN SİQNALI: Ölüm sayında artım qapanma təhlükəsini yenidən gündəmə gətirə bilər
Delta ştammı çox sürətlə yayılır, qonşu ölkələrdə yoluxma və ölüm sayında artım qapanma təhlükəsini yenidən gündəmə gətirib. Problemdən tək çıxış yolu peyvəndlənmədir.
Publika.az xəbər verir ki, bu sözləri terapevt Yaqut Abdullayeva deyib. Həkim bildirib ki, Azərbaycanda vaksinasiya yüksək səviyyədə həyata keçirilir:
“Lakin cəmiyyətdə kütləvi immunitet hələ əldə olunmayıb. Odur ki, insanları vaksin vurdurmağa dəvət edirəm. Artıq neçə aydır ki, bütün dünyada vaksinlənmə həyata keçirilir. Araşdırmalar göstərir ki, vaksindən qorxmağa ehtiyac yoxdur. Onun heç bir ciddi əks göstərişi yoxdur. Əksinə elə bu vaksinləşmə sayəsində ölkədə bir çox sahələrdə yumşaldılmaya gedildi.
Sıxlıq olan yerlərdən uzaq durmalı, ictimai yerlərdə isə maska taxmalıyıq. Eyni zamanda qidalanmaya diqqət etməyə dəyər. Vaksin xəstəliyin yüngül keçməsinə, ağırlaşmaların qarşısını almağa kömək edir. Artıq əksəriyyətdə koronavirusa qarşı immunitet əmələ gəlib, antitellər yaranıb. Vaksindən sonra ciddi narahatçılıq keçirən xəstəyə rast gəlinməyib. Ümid edirik ki, yoluxma sayını nəzarətdə saxlamaq mümkün olacaq. Ancaq istənilən halda özümüzü qorumağın əsas yolu vaksindən keçir”.
Aytən Məftun
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi

































.jpg)

.jpg)