Sağlamlıq
Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı
Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb.
Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır.
“Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi ilə əlaqədar ciddi problemlərin olduğunu göstərə bilər.
Qadınlarda çənə və dodaq kənarlarındakı tüklər polikistik yumurtalıq sindromundan xəbər verə bilər və göz sklerasında qırmızı zolaqlar sinir yorğunluğunu göstərir. Bundan əlavə, gözlər daha ciddi xəstəliklərdən xəbər verir. Məsələn, göz ətrafındakı dərinin solğun çəhrayı rəngi öd kisəsi və prostat vəzidə, gözlər altındakı şişkinlik böyrək xəstəliyi ilə bağlı problemləri göstərir.
Üzdəki səpgiləri ciddi qəbul etmək lazımdır. Alındakı səpgilər nazik bağırsaqla bağlı problemləri göstərə bilər. Üst dodaqda və yanaqlardakı səpgilər böyük bağırsaqda, gicgahlardakı səpgilər isə öd kisəsi problemlərindən xəbər verə bilır. Çənədəki səpkilər də ginekoloqa müraciət etmək üçün ciddi bir səbəbdir”, - həkim öz İnstaqram səhifəsində yazıb.
-
Magazin121:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır







































