Bel ağrılarından xilas olmağın MÖCÜZƏVİ YOLU
Bizi izləyin

Sağlamlıq

Bel ağrılarından xilas olmağın MÖCÜZƏVİ YOLU

Osteoxondroz fəqərəarası disklərin distrofiyası nəticəsində onların elastikiliyinin azalması səbəbindən yaranan çox geniş yayılmış xəstəlikdir. Bu xəstəlik onurğaya həddən artıq yükün düşməsi, zərbə və ya yaşla əlaqədar meydana çıxır. Osteoxondrozdan əziyyət çəkən insanlar xəstəliyin çox çətinliklə “tərbiyə” olunduğunu bilirlər. Bu narahatlıqdan birdəfəlik yaxa qurtarmaq üçün kompleks müalicə aparılmalıdır. Əzələləri möhkəmləndirmək üçün xüsusi korset geyinmək, idman hərəkətləri etmək, ağırlıq qaldırmamaq, masaj olunmaq və pozitiv emosiyalara köklənmək tələb olunur. Çünki insan orqanizmi xoşbəxt olduqda daha yaxşı bərpa olunur. Osteoxondrozdan əziyyət çəkənlər təmiz havaya tez-tez çıxmalı və sevdiyi işlə məşğul olmalıdır.

Bütün bu sadalananlardan əlavə, təbii müalicə yollarına da baş vurun.

Çünki tibbi müalicə ilə yanaşı təbii vasitələr sizə ağrı hissini unutmağa kömək olacaq.

Medicina.az oseoxondroz xəstələri üçün ağrını azaltmanın bir neçə üsulunu təqdim edir:

Ostexondrozun təbii yollarla müalicəsi:

Tərkibi:

10 x/q dəniz duzu

20 x/q rafinə edilməmiş zeytun (günəbaxan yağı da olar)

Hazırlanması:

Şüşə qabda duz ilə yağı yaxşıca qarışdırın. Duz tamamilə əriməlidir. Qabı qaranlıq yerə qoyun. Qarışığın hazır olmasını bir neçə gündən sonra dibində ağ rəngli çöküntünün əmələ gəlməsindən bilmək olar. Masaja başlamazdan əvvəl qabı yaxşıca çalxalayın. Bu yağla hər gün ağrlyan nahiyənizi enerjili bir şəkildə masaj edin. Prosedurun müddəti ən az 2–3 dəqiqə olmalıdır, amma hər dəfə bu müddəti daha 2-3 dəqiqə artıraraq 20 dəqiqəyədək çatdırmaq lazımdır.

Masaj bitdikdən sonra dərini qaynar suda isladılmış dəsmalla silin. Nəticədə toxumaların qan dövranı yaxşılaşacaq və regenerasiya prosesi sürətlənəcək.

Radikal dəyişikliklər artıq 8-10 prosedurdan sonra özünü büruzə verəcək: beldə olan ağrılar azalacaq, onurğanın hərəkətliliyi və elastikliyi artacaq. Tezliklə siz normal həyata dönə biləcəksiniz.

Mütəxəssislər bu kurs müalicənin bel ağrılarını ən az 5 il müddətinə unudacağınıza zəmanət verir.

Onu da qeyd edək ki, bu cür masaj baş ağrılarının aradan qaldırılmasında da müsbət rol oynayır. (Medicina.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm