Sağlamlıq
Peyvənd edilmiş insanlarda COVID-19 simptomları
Tam peyvənd olunmuş insanlarda COVID-19-un ən çox görülən simptomlarına baş ağrısı, burun axması, öskürək, boğaz ağrısı və asqırma daxildir. Qızdırma və iybilmənin itməsinə isə az rast gəlinir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə danimarkalı alimlər - professor, Vidorve xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin baş həkimi Tomas Benfild və Orhus Universitetinin immunologiya professoru Rune Hartmann məlumat veriblər.
Hartmann izah edib ki, peyvənd edilmiş insanlarda xəstəlik müxtəlif şəkildə özünü göstərir, yüngül soyuqdəymədən ölümlərə qədər. “Amma ümumilikdə xəstəliyin şiddətində kəskin azalma var, bu o deməkdir ki, daha az adam xəstəxanaya yerləşdirilir və dünyasını dəyişir”, - ekspert bildirib.
Professor qeyd edib ki, xəstəliyin gedişatının sürəti peyvəndin və insan orqanizminin xüsusiyyətlərindən, həmçinin onun yaşından çox asılıdır.
Onun sözlərinə görə, mütəxəssislər 70 yaşdan yuxarı xəstələrdə dərmanların effektivliyinin 6 aydan sonra azaldığını müşahidə ediblər.
Aytən Məftun
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi

































.jpg)

.jpg)