Sağlamlıq
Məşhur kardioloq mifi dağıtdı: şərab, şokolad və qəhvə...
Nüfuzlu tibb jurnalı “European Heart Journal”a 10 ildən artıq rəhbərlik edən tanınmış isveçrəli kardioloq Tomas Luşer şərab, şokolad və qəhvənin sağlamlığa mənfi təsiri haqqında mifi dağıdıb.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Mütəxəssis hesab edir ki, bu məhsulların fayda və ya zərərini birmənalı qiymətləndirmək mümkün deyil. Üstəlik, Tomas Luşer deyir ki, tünd şokoladın optimal dozasının nə qədər olduğuna dair araşdırma yoxdur.
Luşer hesab edir ki, ölçülü istifadə edildikdə şərab təhlükəli deyil. Qəhvə isə gündə 4 fincandan çox içməsəniz, faydalı ola bilər. Tərkibində minimum miqdarda şəkər və yağ olan tünd şokolad ağ şokoladdan fərqli olaraq sağlam məhsuldur.
Luşerin “The Guardian”a açıqlamasına münasibət bildirən ekspertlər də eyni fikirdədirlər. “Pasiyentlərim şərab, şokolad və qəhvənin onlar üçün zərərli olduğunu düşünürlər. Onlara bunun belə olmadığını dedikdə necə rahatlaşdıqlarını görürəm”, - Oksford Universitetinin ürək-damar cərrahı Pol Lison bildirib.
“Ürəyinizi sağlam saxlamaq üçün sağlam həyat tərzi istifadə etdiyiniz qəhvə, şokolad və ya alkoqolun miqdarından daha vacibdir”, - Britaniya Ürək Fondunun baş diyetoloqu Treysi Parker qeyd edib.
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib




































.jpg)

.jpg)