Sağlamlıq
"Delta" ilə bağlı İNANILMAZ KƏŞF - Özünü yox edir
Yapon alimləri koronavirusun dominant mutasiyası - "delta" variantının diqqətçəkən tədqiqat nəticələrini ictimaiyyətlə bölüşüblər.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Mişima Milli Genetika İnstitutunun alimləri koronavirusun mutasiyaya uğramasından əvvəl təkamül prosesində çox ani genetik dəyişikliklərin baş verdiyini açıqlayıb.
Genetika professoru İturo İnoue bu barədə "Japan Times"a danışıb: "Yaponiyada "delta" variantı çox tez yoluxur və digər variantlardan üstündür. Lakin mutasiyalar artdıqca biz görürük ki, bu virus uğursuzluğa düçar olur və öz sürətini artıra bilmir".
Professor İnouenin sözlərinə görə, 3 ay əvvəl "delta" variantı ölkə daxilində çox sürətlə yayılırdı, lakin son zamanlarda gündə yalnız 140 yoluxma qeydə alınır: " "Delta" variantı hələ də canlı və güclüdür, lakin təxmin edirik ki, yoluxma sayının azalması ilə mutasiyalar təbii şəkildə məhvə doğru gedir".
İngiltərənin Ridinq Universitetinin alimi Simon Klark isə hesab edir ki, virusun çoxalmaması onu sona yaxınlaşdırır: "Virus çox mutasiyaya uğrayır və müəyyən bir nöqtədən sonra çoxalmır. Bir virus bu nöqtəyə çatdıqda ölür deyə bilərik. Bunu insanın övladının olmaması və onun genetik inkişafının dayanması ilə də müqayisə etmək olar".
Aytən Məftun
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)





.jpg)
















.jpg)

.jpg)