Sağlamlıq
Soyuqdəyməsi olanlar bu içkidən uzaq dursun
Həkim və teleaparıcı Aleksandr Myasnikov hesab edir ki, soyuqdəymə və qrip zamanı spirtli içki qəbul etmək olmaz.
Publika.az xəbər verir ki, həkim bu barədə “Rossiya 1” telekanalının efirində bildirib. Eyni zamanda Myasnikov soyuqdəymə və ya qrip zamanı sink və maqneziumla zəngin toyuq suyu içməyi məsləhət görüb. Həkim zoğal suyu və ya ballı çay kimi isti içkilərin də istehlak edilə biləcəyini əlavə edib. Myasnikov vurğulayıb ki, C vitamini həddən artıq qəbul edilməməlidir, çünki məşhur inancın əksinə olaraq, bu, sağalmanı sürətləndirmir.

A.Myasnikov bundan əvvəl koronavirusun yüngül forması üçün bəzi dərmanların qəbulunun ölümcül təhlükəsi barədə xəbərdarlıq etmişdi. Həkimin sözlərinə görə, əksər hallarda COVID-19-a yoluxmuş xəstələrə qan durulaşdıran dərmanlar təyin edilir. Myasnikov bildirib ki, bu dərmanlar yalnız koronavirusun ağır halları üçün lazımdır. Əgər xəstəlik insanda yüngül formada baş verirsə, o zaman bu dərmanlar ölümcül ola bilər.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































