Sağlamlıq
“Omikron” ştamının əsas təhlükəsi AÇIQLANDI
Koronavirusun “Omikron” ştamının əsas təhlükəsi insan orqanizmi tərəfindən istehsal olunan antikorların adətən birləşdiyi hissələrdə çoxlu sayda mutasiyaların olmasıdır. Digər ştamlara qarşı artıq formalaşmış immunitet “omikron”la mübarizədə təsirli olmaya bilər.
Publika.az xəbər verir ki, bu barədə “Lenta.ru”ya Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru, biologiya elmləri doktoru Ança Baranova məlumat verib.
Bioloq qeyd edib ki, Honkonqda xəstəxanaya yerləşdirilən “omikron” ştamlı xəstələr artıq tam peyvənd olunublar: “Bu, köhnə vaksinlərin yaratdığı immunitetin yeni varianta qarşı təsirli olmayacağını göstərir: “Məlum olub ki, antikorlar S-zülalını etibarlı şəkildə tanıya bilmir, yəni virusun ətrafında yapışıb onu zərərsizləşdirə bilmirlər. Bu, böyük təhlükədir, xüsusən Honkonqda “omikron”a yoluxmuş insanların tam peyvənd olunduğunu bildiyimiz halda”.
Aytən Məftun
-
Magazin214:14Qocalmaq bilməyən Monika Belluççi yeni reklamda - FOTO
-
MDB13:52Rusiya qəhrəmanı öldürüldü - Mövqeyini əsgər yoldaşı satıb
-
Sağlamlıq13:05Elmdə inqilab - Artrit dərmanı tökülən saçları tam bərpa etdi
-
Ekologiya12:29Sabahın hava proqnozu açıqlandı
-
Səhiyyə12:00Ebola dəhşəti böyüyür - 7 022 yoluxma, 3 398 ölü
-
Hadisə11:52Nurlan Libre keçmiş həyat yoldaşını məhkəməyə verdi
-
Yaxın Şərq10:03İrana məxsus mülki gəmi vuruldu - Ölən və yaralananlar var
-
Dünya09:00Modi həmkarlarını görün nələrə qonaq etdi






































