Sağlamlıq
Uşağın dahi doğulmasına kömək edən 3 şərt
Hamiləlikdə 3 sadə şərti yerinə yetirməklə dünyaya ağıllı övlad gətirmək olar.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı həkim və teleaparıcı Yelena Malışeva danışıb.
O, dünyaya dahi övlad gətirmək istəyən cütlüklərə tövsiyə verib. Həkimin sözlərinə görə, statistikalar göstərir ki, ən ağıllı uşaqlar sentyabrda doğulur. Odur ki, hamiləliyi yanvar ayına planlaşdırmaq lazımdır.
Mütəxəssisin fikrincə, 3 şərtdən birincisi odur ki, hamiləlik dövründə müntəzəm gəzinti və yüngül rəqslər faydalıdır. Hamiləlik dövründə rəqslə məşğul olan qadınların dünyaya gələn uşaqları daha yüksək intellekt göstəricilərinə malikdir və bu barədə sübutlar var.
“Fakt budur ki, qadın hərəkətdə olarkən uşaq əlavə qan, qida və oksigen axını alır”, - həkim qeyd edib.
İkinci şərt düzgün qidalanmadır. Doğulmamış körpənin beyni və ananın sağlamlığı üçün yumurtanın tərkibindəki xolin və balıqdakı Omeqa-3 turşuları olduqca faydalıdır.
Üçüncü şərt çox qəribə və bir o qədər maraqlıdır. Belə ki, hamilə qadının oxuduğu mahnılar körpənin inkişafına təsir edir.
“Bütün mahnılar sakit və melodik olmalıdır. Tədqiqatlar göstərib ki, ana hələ doğulmamış körpəsinə mahnı oxuyanda onun sinir ritmləri bərabərləşir və sinir əlaqələri daha yaxşı qurulur”, - Malışeva vurğulayıb.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

































.jpg)

.jpg)