Sağlamlıq
Soyuqdəymə bizi koronavirusdan necə qoruyur?
Alimlər soyuqdəymədə yaranan yüksək T-hüceyrə səviyyələri ilə koronavirus infeksiyasına yoluxma riskinin azalması arasında əlaqəni öyrənib.
Publika.az">Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər peyvənd olunmamış və əvvəllər COVID-19-a yoluxmayan 52 könüllü üzərində araşdırma aparıblar.
Yoluxmayanlarla yoluxmuş şəxsləri eyni otağa yerləşdiriblər, daha sonra onlar PCR və qan testlərindən keçiblər. İnfeksiya testlərinə əlavə olaraq, mütəxəssislər soyuqdəyməyə səbəb olan T-hüceyrələrinin səviyyələrini təhlil ediblər.
“Koronavirusa yoluxmayan 26 könüllüdə T-hüceyrələrinin səviyyəsi yoluxmuşlarınkından xeyli yüksək çıxıb. Məlum oldu ki, T-hüceyrələri COVID-19 virusunun içindəki zülallara hücum edir. Bu yolla onlar özlərini virusdan qoruyurlar”, - professor Acit Lalvani bildirib.
Qeyd edək ki, bu, London İmperial Kollecinin mütəxəssislərinin verdiyi ümidverici nəticədir. Odur ki, əldə edilən nəticələr heç də o demək deyil ki, planetin bütün sakinləri T-limfositlərin səviyyəsini yoxlamaq üçün müayinəyə qaçmalı və ya peyvənddən imtina etməlidir.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





