Sağlamlıq
Dünyada HİV-dən sağalan dördüncü insan oldu
Nyu-Yorkda həkimlər HİV-ə yoluxmuş qadına kök hüceyrə transplantasiyası və kordon qanı köçürməklə onu sağaldıblar.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Qeyd olunur ki, bu, dünyada insan immunçatışmazlığı virusu üzərində qələbənin dördüncü halıdır.
WSJ-nin məlumatına görə, HİV infeksiyası diaqnozu qoyulduqdan 4 il sonra leykemiya diaqnozu qoyulan orta yaşlı qadın 2020-ci ilin oktyabr ayından bəri antiretrovirus terapiya almayıb və artıq bədənində infeksiya əlaməti yoxdur. Həkimlər amerikalı qadına virusun çoxalmasına maneə törədən nadir genetik mutasiya ilə qohumunun kök hüceyrələrini köçürüblər, həmçinin yeni doğulmuş körpədən kordon qanı vurublar.
Əvvəllər HİV infeksiyasının uzun müddətdən sonra insan orqanizmində yenidən görünməsi hallarının olmasına baxmayaraq, həkimlər bu dəfə nikbindirlər.
Xəstənin həkimi Marşall Qlesbi “Hər şey çox ümidverici görünür”, - deyib.
Qeyd edək ki, HİV-dən ilk dəfə Berlində təhsil alan amerikalı Timoti Rey Braun 2007-ci ildə sağalıb. O, 2020-ci ildə xərçəngdən dünyasını dəyişib. Sonradan həkimlər London və Düsseldorfdan olan xəstələrdə HİV infeksiyasını məğlub edə biliblər. Alimlər həmçinin müəyyən ediblər ki, 2 qadın immun sisteminin köməyi ilə, dərman olmadan HİV-ə qalib gələ bilib. Onlardan biri Argentina sakini olub.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

































.jpg)

.jpg)