Sağlamlıq
Maskalara nə vaxt əlvida deyəcəyik?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov hazırda Azərbaycanda epidemioloji vəziyyətin qənaətbəxş olduğunu deyib.
Publika.az xəbər verir ki, baş infeksionistin sözlərinə görə, ölkədə "omikron" ştamına qarşı kütləvi immunitet hələ yaranmayıb.
- Doktor, hazırda epidemioloji vəziyyəti necə qiymətləndirirsiniz? Ümumiyyətlə, Azərbaycan səhiyyəsi "omikron" ştamının öhdəsindən necə gəldi və ya gəlir?
src="/storage/files/upload/3de7099e1ac4a63ec6d55ad5cd6d633acba7c5a8.jpg" style="width: 434px; height: 289.333px;" class="fr-fic fr-dib">
- Hazırda epidemioloji durum qənaətbəxşdir, son günlər pozitiv dinamika izlənilir. Yəni, yoluxma hallarının sayında, əhalinin test olunmaq üçün müraciətlərində azalma qeyd olunur, sağalan xəstələrin sayı yeni yoluxanları üstələyir, yəni biz hazırda dalğanın enişindəyik. Görülmüş kompleks tədbirlər nəticəsində "omikron" ştamının yayılma sürəti səngiyib, ambulator müəssisələrin iş yükü artsa da, stasionarların izafi yüklənməsi baş verməyib. Kritik xəstələrin sayı və ölüm göstəricisi əvvəlki dalğalarla müqayisədə aşağıdır.
- Bir çox mütəxəssis ölkədə artıq kütləvi immunitetin formalaşdığını qeyd edir. Bu halda maska qadağasının aradan qaldırılması mümkündürmü?
- Mütəxəssislər hesab edirlər ki, "omikron" ştamının hegemonluğu dövründə populyasion immunitetin əldə olunması üçün əhalinin 80 faizdən çox hissəsində peyvənd və ya təbii yolla qoruyuculuğun formalaşması tələb olunur. Ölkəmizdə hələ ki, bu hədəflərə çatmamışıq. Ona görə də maska qadağasının qapalı məkanlarda aradan qaldırılması qərarının zamana ehtiyacı var.
- Vaksinasiya prosesinin nə zamana qədər davam etdiriləcəyi gözlənilir?
- Çox güman ki, pandemiya davam etdikcə vaksinasiya aktual olaraq qalacaq. Pandemiya bitdikdən sonra isə mövsümlə əlaqədar peyvəndləmənin tövsiyə olunması düşünülür.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


