Sağlamlıq
İmsakda və iftarda su içmək ziyanlıdır? - Həkim hər kəsin yanlış BİLDİYİ FAKTI AÇDI - VİDEO
Video əlavə olunub.
***
İnsanlar arasında yanlış bir fikir var ki, yeməkdən sonra, xüsusən yağlı yeməkdən sonra soyuq su içmək olmaz. Guya su yağı donduracaq və insan kökələcək. Əksinə yeməkdən dərhal sonra, xüsusən yağlı yeməkdən sonra su içmək lazımdır. Əvvəla ona görə ki, yağların həzmi üçün öd lazımdır. Ödün əsas hissəsi sudur, su içməlisiz ki, öd lazımi miqdarda istehsal olunub həzm sisteminə tökülsün, qatılaşıb daş əmələ gətirməsin.
Publika.az">Publika.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
Həkim eyni zamanda vitaminlər haqqında vacib məlumat paylaşıb: “İkinci məsələ vitaminlərlə bağlıdır. Yağda həll olan vitaminlər - A, D, E və K. Qalan bütün vitaminlər suda həll olur. Xüsusilə B12 vitamini yalnız heyvani qidalardadır, o isə suda həll olan vitamindir. Yeməkdən sonra su içilməlidir ki, bu vitaminlər sorula bilsin.
Üçüncü məsələ - zülalların da həzmi üçün su lazımdır. Məsələn, yediyiniz əti parçalamaq üçün əvvəlcə mədə şirəsindəki HCL turşusu zülalı yarır, arxasınca su girərək zülalı denaturasiyaya uğradır, qidanı homogen edərək həzmini asanlaşdırır. Yeməkdən əvvəl də su içilməlidir, xüsusən arıqlamaq istəyənlər üçün. Bir sözlə, imsakda və iftarda bol su içmək həzmi pozmur, qəti qorxusu yoxdur”.
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…


































.jpg)
.jpg)

