Sağlamlıq
30 yaşdan sonra belə ayaqqabı geyinməyin - XƏBƏRDARLIQ
İsti havaların başlaması ilə əlaqədar bir çox insanlar qış ayaqqabılarından mümkün qədər tez qurtulmağı və daha yüngül modellərə keçməyi xəyal edir, bir çoxları idman ayaqqabılarını seçir. Ancaq rahatlığına baxmayaraq, bu ayaqqabılar sağlamlığa zərər verə bilər.
Publika.az xəbər verir ki, bu barədə travmatoloq Yelena Pasternak xəbərdarlıq edib.
src="/storage/files/upload/baddcc447347b870d0ece95a78e1c2cd3f5cd041.jpg" style="width: 525px; height: 703.5px;" class="fr-fic fr-dib">
“Kedlər çox məşhur ayaqqabılardır, lakin onların dabanı düz olduğundan ayağın topuğu düzlənir, ayaq yayılır, bu, təkcə ayağın özünə deyil, həm də iri oynaqlara və onurğa sütununa pis təsir edir. İdman ayaqqabısında ayağınızın altı çox tez düzləşir. Belə ayaqqabıları geyinmək istəyirsinizsə, mütləq ortopedik altlıqdan istifadə etməlisiniz, əks halda uzun müddət yeriyərkən narahat olacaqsınız, topuq oynaqlarınız, dizləriniz, kürəyiniz, beliniz yorulacaq və ağrıyacaq. Xüsusi içlik olmadan mən heç bir halda idman ayaqqabısı tövsiyə etmirəm”, - həkim “Sputnik” radiosuna müsahibəsində bildirib.
Bundan əlavə, həkim idman ayaqqabıları üçün yaş məhdudiyyətlərinin olduğu barədə xəbərdarlıq edib: onları 30 yaşdan sonra geyinmək tövsiyə edilmir. Bu yaşda dekompensasiya baş verir – bağlar sərtləşir və sarsılmaz olur. Pasternak 30 yaşdan yuxarı insanlara ayağı yaxşı tutan 3-4 santimetrlik kiçik, sabit dabanlı ayaqqabılara diqqət yetirməyi məsləhət görüb.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)





.jpg)
















.jpg)

.jpg)