Sağlamlıq
Əlləriniz quruyursa, bunları edin
Soyuq qış aylarında bir çox insanlarda, xüsusilə qadınlarda əllərin dərisi qurumağa və çatlamağa başlayır. Əvvəl belə çatlar yalnız estetik problem yaradır. Lakin vaxtında müalicə olunmadıqda bu çatlar dərinləşir, ağrılara, hətta ekzemaya belə səbəb olur.
Publika.az xəbər verir ki, alimlərin araşdırmalarına görə, belə bir problemlə qarşılaşmamaq üçün dəri daim nəm saxlanmalı və teksturası qorunmalıdır.
Türkiyəli alimlər hesab edir ki, dəridəki narahatlıqları xalq təbabəti üsulları ilə aradan qaldırmaq mümkündür.
İlk tövsiyə olunan vasitə adi sudur. Dərinin nəm qalması üçün gündə orta hesabla 2 litr su içilməlidir.
İkinci üsul isə zeytun yağıdır. Bu yağ antioksidant xassələri və yağ turşuları sayəsində dərini dərindən nəmləndirərək onun qurumasının qarşısını alır. Dərinin elastikliyini bərpa edir. Bu xüsusiyyətləri səbəbindən əlləri gündə 2 dəfə 5-10 dəqiqə ilıq zeytun yağı ilə masaj etmək yaxşı olar.
Üçüncü üsul kimi banan göstərilir. Türk alimlərin iddialarına görə, banan quru və kobud dəri üçün effektli nəmləndirici xüsusiyyətə malikdir. Bir-iki dilim banan çəngəllə əzilərək əllərə çəkilir. Yarım saat saxlayıb ilıq su ilə yuyulur. Sonda nəmləndirici krem çəkilir. İkinci üsul olaraq da banan püresinə bir az bal və zeytun yağı əlavə edib qarışdırdıqdan sonra əllərinizə çəkin və 15-20 dəqiqə gözlədikdən sonra soyuq su ilə yuyun.
Dördüncü müalicə üsulu kimi limon şirəsi qeyd olunur. Bir ədəd limon suyuna bir qaşıq bal və eyni miqdarda soda əlavə edilərək hazırlanan məhlul əllərə çəkilir. Təxminən 1 dəqiqə masaj edilir. 5 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyulur. Bu üsul həftədə 1, yaxud 2 dəfə tətbiq edilməlidir.
Əllərin beşinci "qoruyucu mələyi" kimi yulaf sıyığı göstərilir. Bildirilir ki, yulaf sıyığı tərkibindəki protein ilə əlləri nəmləndirir və qurumasının qarşısını alır. Bunun üçün 2 xörək qaşığı yulaf yarım və ya 1 çay qaşığı bal, bir az su ilə qarışdırılır. Xəmir yumuşaqlığında hazırlanan məlhəm əllərə çəkilir və 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyulur.
Bundan başqa, əllərdəki çatların müalicəsində zeytun yağına alternativ olaraq kərə yağı istifadə etmək olar.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
