Sağlamlıq
Ramazandan sonra necə qidalanmalı?
Müqəddəs ayda oruc tutan bütün müsəlmanlar üçün Ramazan bayramının bir başqa önəmi var. Bayram süfrəsi, bol və ləziz yeməklər, müxtəlif çeşiddə şirniyyatlar bir ay boyunca dincələn orqanizmə ağır gələ bilər. Bir ay oruc vəziyyətinə öyrəşmiş mədəmiz yenidən qidaların “hücumuna” məruz qalır.
Bəs görəsən, oruc qrafikində olan orqanizm birdən-birə əvvəlki rejimə qayıdanda hansı fəsadlar yarana bilir?
Publika.az mövzu ilə əlaqədar araşdırmasını təqdim edir.
Sağlam qidalanma mütəxəssisi Məshəti Hüseynova bildirib ki, Ramazandan sonra orqanizmin birdən-birə saat dəyişikliyinə öyrəşməsi üçün axşam yeməyini 3-4 gün ərzində yarım saat fərqlə qəbul etmək lazımdır: “Artıq 3-4 gündən sonra yuxudan 5-6 saat əvvələ qədər axşam yeməyini yeyib bitirmək lazımdır. Orucluq zamanı insanlar uzun müddət ac qaldığı üçün daha çox xəmir yeməkləri və paxlalılar qəbul edirsə, bunun miqdarını nisbətən azaltmalı və daha tez həzm olunan yeməklər qəbul etməlidir. Axşam yeməyində xüsusilə tərəvəzli qidalara daha çox yer vermək lazımdır ki, bu lifli qidalar bağırsaqların işləməsini təmin etsin. Eyni zamanda mütləq şəkildə səhər yeməyi qəbul edilməlidir. Səhər yeməyindən imtina etmək məqsədəuyğun deyil. Axşam yeməyindən sonra mütləq şəkildə açıq havada gəzmək lazımdır. Bununla da siz qidaların həzmini asanlaşdıracaq, maddələr mübadiləsinin pozulmasının qarşısını alacaqsınız”.
src="/storage/files/upload/4968fade6b742ec1a33dfe72840211334e5b1feb.jpg" style="width: 408px; height: 270.64px;" class="fr-fic fr-dib fr-fil">
M.Hüseynova vurğulayıb ki, Ramazan dövründə susuzluq yaratmasın deyə yağlı, duzlu, turş qidalardan uzaq dururuq: “Lakin Ramazan bitən kimi həmin qidaları istehlak etmək mədə-bağırsaq və həzm sistemində problemlər yarada bilər. Ona görə də bu kimi qidaları birdən-birə qəbul etməməyi məsləhət görürəm. Əsas məqamlardan biri də meyvə-tərəvəzin qəbuludur. Xüsusilə də gün ərzində mövsümi meyvə-tərəvəzlərin qəbulu ilə yanaşı, quru meyvələrdən də günün birinci yarısı, yəni səhər yeməyində istifadə edin. Gün ərzində qəbul edilən maye miqdarını da diqqətdən kənar qoymaq olmaz. Maye miqdarı normal çəkili insanlarda hər çəkiyə görə 30 milliqramdır. Eyni zamanda bu miqdarı 1-2 fincan atırmaq da olar. Bu qaydalara riayət olunarsa, orucluqdan sonra sağlamlıqla bağlı problem yaşanmayacaq, eyni zamanda da artıq çəkinin yaranmasına mane olacağıq”.
Diyetoloq Şəfa Yadigarova deyib ki, Ramazan ayından sonra oruc tutan insanlar qidalanmalarına diqqət etməlidirlər: “Belə ki, həmin zaman kəsiyindən sonra insanlar yeni mərhələyə qədəm qoyurlar.
src="/storage/files/upload/5291b31b38153858d79f9d82f992a98f33cded2d.jpg" style="width: 407px; height: 407px;" class="fr-fic fr-dib fr-fil">
Qidalanma intervalı yenə də mümkün qədər uzun saxlanmalıdır. Məsələn, səhər yeməyini saat 7-8 radələrində, axşam yeməyini isə saat 6-da yemək məqsədəuyğundur. Orucluq ərəfəsində insanların mədələri kiçildiyinə görə az yemək yeməyə öyrəşirlər. Bu isə həm artıq kilolardan azad olmaq üçün, həm də sağlam həyat tərzinə keçmək üçün ən gözəl mərhələdir”.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


