Sağlamlıq
“Turkovac” vaksini Azərbaycanda da istehsal edilə bilər -TÜSEB
“Turkovac” vaksini Azərbaycanda da istehsal edilə bilər.
Publika.az">Publika.az xəbər verir ki, bunu Trend-ə özəl açıqlamasında Türk Sağlamlıq İnstitutlarının (TÜSEB) layihə idarə edilməsi və dəstəyi rəhbəri Batuhan Yeşilyurt deyib.
O qeyd edib ki, hazırda Azərbaycanla olan əməkdaşlığımız çərçivəsində "Turkovac" peyvəndininin Azərbaycanda sınaqları keçirilir.
“Hazırda istəyən hər kəs Bakı sağlamlıq mərkəzinə gedərək 3-cü doza kimi “Turkovac” peyvəndi istifadə edə bilər. Təbii ki, bu sadəcə bir sınaqdır. Türkiyədə hal-hazırda bu peyvənddən istifadə edilir. Azərbaycanda isə 300 könüllü üzərində sınaq keçirilir. 300 insan üzərində sınaq tamamlandıqdan sonra artıq yenidən bir pandemiya ilə üzləşsək, bu peyvənddən istifadə edə bilərik. Pandemiyanın tədricən azaldığı müşahidə olunur . Lakin unutmamalıyıq ki, elmi cəhətdən insanlıq bir neçə dəfə pandemiya şəraiti ilə üzləşib. Bu hal təkrarlana bilər. Azərbaycan xalqı bilməlidir ki, bu kimi hallara qarşı artıq türk peyvəndi də mövcuddur və onlar bu peyvənddən istifadə edə bilər. Gələcək illərdə də dərman preparatları tibbi təchizatlar Azərbaycanla paylaşıla bilər” – deyə o bildirib.
Qeyd edək ki, Türkiyə istehsalı olan vaksin ötən il dekabrın sonlarında ölkə ərazisində istifadə olunmağa başlayıb.
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi












.png)














.jpg)
.jpg)





