Sağlamlıq
Əllərinizdəki ağrılar bu xəstəliklərin əlaməti ola bilər
Həkimlər hesab edir ki, əldə ağrılar təkcə zədə və ya stress nəticəsində yaranmır: onlar bu simptomu beş təhlükəli xəstəliklə əlaqələndiriblər.
Publika.az xəbər verir ki, bu barədə məqalə “Eat This Not That!” (ETNT) saytında yayımlanıb. Şimal-Qərb Universitetinin radiologiya kafedrasının dosenti, professor Svati Deşmux qol və ayaqlarda ağrıları post-COVID sindromunun əlaməti adlandırıb: “COVİD-19-un səbəb olduğu dayaq-hərəkət sistemi xəstəlikləri müalicə olunur, amma bəzi pasiyentlərdə ciddi fəsadlar yaranır, ağrılar onları daim narahat edir, həyat keyfiyyətinə təsir göstərir”. Professor Deşmux qrip zamanı ağrıların o qədər də intensiv olmadığını sözlərinə əlavə edib.
Həmçinin qoldakı ağrı diabetik neyropatiyanın əlaməti ola bilər, diabetdə kiçik damarların zədələnməsi ilə əlaqəli sinir sisteminin pozulması baş verir. “Zədələnmiş sinirlərə qan axınının məhdudlaşması xroniki, zəifləyən ağrılara səbəb olur. Bu zaman ən sadə hərəkətlər çox ağrılı yerinə yetirilir” , - fizioterapevt Mark Bassell izah edib.
Qollardakı ağrılar və ya şişlər qan laxtalanmasının əlaməti ola bilər. “Laxtalanma əsasən ayaqlarda əmələ gəlir. Amma onlar, xüsusən də tibbi kateter yerindədirsə və ya bu yaxınlarda qolunuzda, boynunuzda, döş qəfəsinizdə cərrahiyyə əməliyyatı keçirmisinizsə, qol damarlarında da əmələ gələ bilər”, - Amerika Təqaüdçülər Assosiasiyasının (AARP) mütəxəssisi deyib.
Onkoloq Qari Larsonun sözlərinə görə, qol və çiyindəki ağrılar ağciyər xərçənginin də əlaməti ola bilər: “Son bir neçə ay ərzində ağciyər xərçəngi diaqnozlu, çiyin ağrısı ilə müraciət edən iki xəstəni müalicə etdim. Karyeram boyu bir çox xəstələrin çiyin ağrısından şikayətləndiyini görmüşəm, çünki xərçəng sinirlərin çiyinə getdiyi səviyyədə çiyin bıçağına, yuxarı bazu sümüyünə və ya onurğa sütununa yayılıb”.
Bundan əlavə, sol qoldakı ağrı infarktın əsas əlamətlərindən biri ola bilər. “Çənə, kürək, boyun və ya qollara yayılan ağrı ürək xəstəliyindən xəbər verir. Əgər gərginlik zamanı narahatlıq hissi yaranırsa və ya güclənirsə, sonra istirahət etmək üçün dayanmalı olursunuzsa, o zaman siz də müayinə olunmalısınız” , - kardioloq Lesli Ço bildirib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





















.webp)













.jpg)


