Sağlamlıq
Ömrü uzadan SEHİRLİ İÇKİ: Çin alimləri qəhvənin sirrini açdılar
Qəhvənin heyrətamiz faydaları məlum olub.
Publika.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Quançjou Cənub Tibb Universitetinin (Çin) alimləri danışıblar.
Mütəxəssislərin fikrincə, müasir dünyanın sevdiyi bu içkidən düzgün istifadə edən insan ömrünü artıra bilər. Tədqiqat zamanı alimlər müəyyən ediblər ki, şəkərsiz qəhvədən müntəzəm istifadə edən insanların ölmə ehtimalı onu içməyənlərə nisbətən 16-20% azdır. Eyni zamanda bir çay qaşığı şəkər bu rəqəmi daha 29-31% artırır.
Los-Ancelesdəki Kaliforniya Universitetinin (ABŞ) Tibb Mərkəzinin baş diyetoloqu Dana Ellis Hanns qeyd edib ki, belə nəticələr sensasiya deyil, qəhvənin faydalı antiinflamatuar içki olduğu çoxdan məlumdur.
“Qara qəhvə ən sağlam içkidir, çünki tərkibində polifenollar və antioksidantlar var, lakin şəkərdə olan iltihabi birləşmələr və krem kimi əlavələr yoxdur”, - o, əlavə edib.
Bununla belə, o, bir qaşıq şəkərli qəhvənin şəkərsiz qəhvə kimi, effekt verəcəyinə inanır. Həkim xüsusilə şəkər xəstəliyindən əziyyət çəkənlərə şəkərin miqdarına diqqətli olmağı tövsiyə edib.
Endokrinoloq Zöhrə Pavlova isə bildirib ki, müntəzəm qəhvə qəbulu beyin funksiyasını yaxşılaşdırır. Onun sözlərinə görə, bu içki enerji artımı verir, yaddaş və koqnitiv funksiyaları yaxşılaşdırır, konsentrasiyanı və reaksiyaların dəqiqliyini artırır.
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
MDB11 Sentyabr 23:55Bu ölkə dünya xəritəsindən silinəcək - Medvedyev
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya11 Sentyabr 14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm












.jpg)
.jpg)





.jpg)













.png)




