Sağlamlıq
Yayda isti çay içməyin faydaları
Yarımfabrikatlar və gözəl qablaşdırılmış şirniyyatlar mağaza rəflərini elə gözəl bəzəyir ki, alış-verişdə bədəni təmizləyən liflə zəngin göyərtilərə, meyvə və tərəvəzlərə demək olar ki, fikir vermirik. Sağlam qidalanmır və kifayət qədər su içmirik, bu da ümumi rifahımıza mənfi təsir göstərir. Eyni şey çaya da aiddir. Bu içki təkcə qışda deyil, həm də yayda içilə bilər.
İsti havalarda su balansınıza nəzarət etmək və günəşdə bədəni yandırmamağa çalışmaq çox vacibdir. Belə bir vaxtda xüsusilə soyuq içkilərlə, yaxud dondurma ilə istini bədəndən qovmağa çalışırıq. Lakin diyetoloqlar belə qidalardan sui-istifadə etməyi məsləhət görmür. Soyuq su içdiyiniz və ya desert yediyiniz zaman bədən temperatur fərqini kompensasiya etmək üçün qızmağa başlayır. Bu, günəş vurmasına səbəb ola bilər. Odur ki, əks təsirə səbəb ola biləcək isti çaya üstünlük vermək daha məqsədəuyğundur.
Publika.az oxucuları isti çayın faydaları ilə tanış edir.
Sərinləməyə kömək edir
Çay içərkən tərləmə sürəti çox artır, bu, çoxlarının xoşuna gəlməyə bilər. Lakin tər mühüm funksiyanı yerinə yetirir. Tər dəridə buxarlanaraq orqanizmin soyumasına kömək edir.
Maddələr mübadiləsini yaxşılaşdırır
Bir çox Asiya ölkələrində yeməklə isti içkilər içmək ənənədir. Xüsusilə yay aylarında bu faydalı vərdişi istifadə etməyə dəyər. Bu, vitaminləri mənimsəməyə kömək edir, həmçinin bədəndə artıq suyun tutulması ilə mübarizə aparır.
İnfeksiyalarla mübarizə aparır
İsti çay immunitetimizi gücləndirə bilər. Koronavirus infeksiyası hələ davam edir, odur ki, immuniteti gücləndirmək təkcə qışda deyil, yayda da faydalı olacaq.
Reproduktiv sağlamlıq problemlərinin qarşısını alır
Menstruasiya pozğunluğuna səbəb ola bilən soyuq içkilərdən fərqli olaraq, ilıq çay menstruasiyaya müsbət təsir edir və orqanizmdə qan dövranını yaxşılaşdırır.
Arıqlamağa kömək edir
Çayın tərkibində flavonoidlər var. Bunlar bədənə yağları daha sürətli və daha yaxşı parçalamağa kömək edən bitki piqmentləridir. Həmçinin çayın bir çox növlərində bizi daha çox hərəkət etdirən kofein var.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)






